
Rusiya qazının rublla ödənilməsi ilə bağlı müzakirələr davam edərkən, Avropa İttifaqının (Aİ) tərəfindən yeni açıqlama gəldi.
Avropa İttifaqının (Aİ) Enerji Komissiyasının üzvü Kadri Simson bildirib ki, Moskva administrasiyası tərəfindən qaz ödənişlərinin rublla edilməsi tələbindən sonra ödənişin rublla edildiyinə dair heç bir məlumat yoxdur. Simson bu barədə Avropa İttifaqının energetika nazirlərinin görüşündən əvvəl açıqlama verib.
Mövzu ilə əlaqədar Almaniyanın İqtisadiyyat naziri Robert Habeck, "Ödənişlər avro ilə ediləcək və daha sonra Qazprombank tərəfindən "K Hesabı" adlı hesaba köçürüləcək. Bu bizim getdiyimiz yoldur, Avropanın bizə göstərdiyi yoldur, bu sanksiyalara uyğun gələn yoldur”.
Almaniya İqtisadiyyat Nazirliyinin Elmi Məsləhət Şurasının üzvü Yens Südekum texniki ödəniş prosesinin tamamilə Qazprom-da həyata keçirilə biləcəyini müdafiə edərək, “Uniper həmişəki kimi avro ilə ödəniş edir. O, Qazprombank-a göstəriş verir ki, onları cari məzənnə ilə rubla çevirsin və Qazprombank-ın da yeni rubl hesabına yatırsın. Beləliklə, bütün tərəflər istədiklərini alırlar. “Uniper” əvvəlki kimi avro ödədiyini, “Qazprom” isə rubl aldığını iddia edə bilər”, - deyə o bildirib.