Pakistanın neft üzrə dövlət naziri Musadik Malik keçdiyimiz günlərdə bildirib ki, Rusiya Pakistana güzəştli şərtlərlə xam neft, dizel və benzin tədarük etməyə razılaşıb.
 
Elə bir neçə gün əvvəl, Aİ və G7-nin Putinin neft gəlirlərini azaltmaq, lakin Rusiya neftinin axmasını təmin etmək üçün tətbiq etdiyi qərarla Rusiya xam neftinin barelinə 60 dollar qiymət həddi qoydu.
 
Asiyada bir çox müştərilər qiymət həddi mexanizminə qoşulmayıblar. Lakin Çin və Hindistan, hazırda Rusiyanın ən böyük xam neft alıcıları - qiymətlər üçün kəskin endirimlər tələb edirlər.
 
Pakistan, öz növbəsində, bu il neft, təbii qaz və kömür qiymətlərinin artımından sonra enerji təchizatında çox çətinlik çəkdi.
 
Malik ötən ay Rusiyaya səfər edib və indi o, yerli mətbuata bildirib ki, “Rusiyaya səfərimiz planlaşdırıldığından daha məhsuldar oldu”.
 
Bununla belə, nazir Pakistanın Rusiyadan xam neft idxalının 60 dollarlıq qiymət həddinə uyğun olub-olmayacağı və ya endirimin nə qədər olacağı ilə bağlı təfərrüatlara varmayıb.
 
Pakistanlı nazir deyib ki, Pakistan həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün Rusiya firmaları ilə uzunmüddətli müqavilələr bağlamağa çalışır.
 
Ümumi olaraq qeyd edək ki, Pakistan hazırda enerji böhranı yaşayır. Çünki ölkə indiki yüksək qiymətlərlə çoxlu enerji məhsullarını idxal edə bilmir. Güclü ABŞ dolları və yüksək LNG qiymətləri ölkənin maliyyə vəziyyətini pisləşdirmiş, valyuta ehtiyatları isə oktyabr ayında son üç ilin ən aşağı səviyyəsinə düşmüşdür.