
ACRA reytinq agentliyinin hesablamalarına görə Rusiya bankları dekabrda 5 milyard dollar xarici nağd pul idxal edib.
MOSKVA, 21 fevral (Reuters) - Rusiyanın ACRA reytinq agentliyinin hesablamalarına görə ölkə bankları dekabr ayında xarici valyutada 5 milyard dollar dəyərində əskinas idxal edib.
Dollar ənənəvi olaraq bu kimi idxal fəaliyyətlərində üstünlük təşkil edir belə ki, rusların bir çoxu xarici sanksiyaların potensial nəticələri olan rublun dəyərinin düşməsi vəya inflyasiya səviyyəsində ola biləcək artım ehtimalına qarşı özlərini qorumaq üçün digər valyutalar ilə biryerdə özlərində dollar saxlamağı xoşlayırlar.
ACRA-nın baş direktoru Valeri Piven Reuters-ə bildirib ki, bankların Rusiya Mərkəzi Bankına hər ay təqdim etdikləri texniki hesabatlara əsaslanan hesablamalar göstərir ki, onlar noyabr ayında da 2,1 milyard dollarlıq xarici əskinas idxal ediblər.
Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməyi düşünür, onun bəzi aparıcı banklarını dollar əməliyyatlarından kəsməyi və onların dollarla bağlı öhdəliklərini yerinə yetirmək imkanlarını azaltmağı təklif edir.
Piven bildirib ki, bankların əlində olan foreks aktiv və öhdəliklərinin nisbəti mərkəzi bank tərəfindən tənzimlənir və (hazırda) narahatlıq doğurmur. O əlavə edib ki, (forex) idxalının artması daha çox nağd valyutaya tələbin mümkün artımı ilə bağlıdır.
Rusiya mərkəzi bankı şərh verməkdən imtina etdi, lakin ölkə bankları müştərilərin xaricə səyahət üçün lazım olan dollar və ya avroya olan tələbatını ödəmək üçün və ya gözlənilməz hallar zamanı mütəmadi olaraq xarici valyutaları nağd şəkildə idxal edir.
MÜXBİR HESABLAR
Mərkəzi Bankın məlumatları göstərir ki, Rusiyanın ümumi bank xarici aktiv və öhdəliklərinin təxminən yarısı və ya bir qismi müvafiq olaraq 100 milyard və 70 milyard dollar ABŞ dollar kimi saxlanılır. Bu, 2002-ci ildə təxminən 80%, 2014-cü ilin əvvəlində isə təxminən 70% idi.
Bazar ertəsi Reuters hesabatında mümkün dollar sanksiya hədəfləri kimi adları çəkilən Rusiyanın aparıcı bankları Sberbank (SBER.MM), VTB (VTBR.MM), VEB və Qazprombank şərh sorğularına cavab verməyib.
Rusiya Maliyyə Nazirliyi şərh sorğusuna cavab verməyib.
Mənbələrin bildirdiyinə görə, ilk dəfə ABŞ rəsmiləri tərəfindən dollar əməliyyatları üzrə mümkün sanksiyalara hazırlıq məqsədilə Rusiyanın aparıcı bankları öz aralarında müxbir hesablar açıb və bu onlara ən azı bir iri kreditorun sanksiyalara məruz qalmaması şərti ilə dolları ölkə daxilində hərəkət etdirmək imkanı verib.
Bazar ertəsi günü jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov əlavə şərh verməyin çətin olduğunu əlavə edərək, "Biz bilirik ki, Vaşinqton daima yeni sanksiyaların hazırlanması üzərində işləyir".
Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə deyib: "Biz Vaşinqtonun daim yeni sanksiyalar hazırlamaq üzərində işlədiyini bilirik və əlavə şərh vermək çətindir".
Rusiyanın maliyyə nazirliyi keçən həftə sanksiyaların maliyyə sektoruna təsir edəcəyi təqdirdə xarici valyutalar da daxil olmaqla bütün bank öhdəliklərinin yerinə yetirilməsini təmin edəcəyini, eyni zamanda bazarda müvəqqəti volatilliyin olacağını bildirmişdi.