
İllər 2000-ci ili göstərdikdə, Clay Mathematics Institute (CMI), o günə qədər həll edilə bilməyən və "Minilliyin Sualları" kimi görünən 7 riyazi sualın hər birinin həllinə 1 milyon dollar pul mükafatı qoydu. Bu 7 problemdən biridə Henri Poincare tərəfindən 1904-cü ildə ortaya atılan Poincaré Fərziyyəsi idi.Çoxları tərəfindən dünyanın ən ağıllı insanı kimi qəbul edilən tacsız riyaziyyat kralı Grigori Yakovlevich Perelman , riyaziyyatın həll olunmamış ən böyük problemlərindən biri olan bu fərziyyəni həll etmişdir.Ancaq onu həqiqətən məşhur edən bu sualı həll etməsi deyil həll yolundan sonra ümumi yanaşması idi.
Grigori Perelman problemi həll etməklə yanaşı, ilk dəfə 33 səhifəlik bir həlli internetdə, əlçatan bir elmi arxiv saytında yayımladı.2002-ci ildə Perelman dünyanın ən güclü İQ-sünə sahib insanların belə həll edə bilmədiyi və dünyanın yaradılışı haqqında alimlərə çox böyük faydasının toxuna biləcəyi bu fərziyyəni həll etdiyini iddia etdi. İnternetə yerləştirdiyi və alimlərin belə çətinliklə başa düşdüyü bu 33 səhifəlik həll haqqında bir çox riyaziyyatçı və alim səhv olduğunu iddia etdi. Çünki, dünyanın ən məşhur riyaziyyatçılarının bu fərziyyənin həlli üçün illərini verməsinə baxmayaraq, sadəcə professor ünvanına sahib olan və Rusiyada “dəli” kimi yaşayan birinin bunu həll etməsi qəbul edilməz birşey idi. Perelmanın dəfələrcə səhvin harda olduğunu soruşmasına baxmayaraq kimsə normal cavab verə bilməmişdir. Hətta mövzu o qədər böyümüşdür ki, otaq yoldaşları olan riyaziyyatçılar belə Perelmana arxa çevirmiş və heçkimin sevmədiyi bir insana dönüşmüşdü.2006-cı ildə doktor Perelman bütün riyaziyyatçıları geridə qoyub həllin doğru olduğunu qəbul etdirə bilmişdir. Elə həmin il Riyaziyyatın Nobel-i sayılan Field mükafatı ona təqdim edilmişdir lakin o bunu geri çevirmişdir. Beləliklə, Perelman Field Mükafatını geri çevirən yeganə riyaziyyatçı olmuşdur. Buna səbəb isə öz həmkarlarından yetərincə hörmət və inanc görməməsi nəticəsində qürurunun inciməsidir.2010-cu ildə CMI vəd edilən 1 milyon dollarlıq mükafatı vermək üçün Perelmanı çağırdığı zaman böyük riyaziyyatçı bundanda imtina etmişdir.Sonradan mükafatı qəbul etmişdir ancaq riyaziyyatın gələcəyi üçün istifadə olunacağını bildirmişdir. Bundan sonra isə işlədiyi ST. Petersburg-dakı Steklov İnstitutundan istefa etmişdir.Anası ilə çox sadə və sıxıntılı bir həyat yaşayan, otağında bir masa və bir stuldan başqa bir şey olmayan bu dahi, həqiqətən heçbir zaman məşhur olmaq istəməmişdir.Onun tarixə keçməsinə səbəb olsan sözləri isə belədir:"Mən məşhur olmaq istəmirəm. Sərgilənəcək sirk meymunu da deyiləm. Sadəcə bir sualı həll etmişəm və bu qədər şişirdilməsi çox qəribədir."St.Petersburg-dakı təvazökar həyatı ilə qəzetlərə xəbər olan Perelmanın bu həlli haqsız bir şəkildə kölgədə qalmış vəziyyətdədir. Ancaq bu həll əhəmiyyətli inkişafları özündə saxlayır. Perelman tərəfindən həll edilmiş Poincaré fərziyyəsi, kainatın forması ilə bağlı mühüm ipucları verir. Onun təqdim etdiyi həllin və inkişaf etdirdiyi texnikanın Nəzəri Fizikada, Nisbilik Nəzəriyyəsində və kainatın quruluşu kimi təməl mövzularda genişlənmələrə səbəb olacağı gözlənilir.Perelman adına sevinimmi yoxsa kədərlənimmi bilmədiyim bir riyaziyyatçıdır. Biz insanlardan fərqli bir boyutta yaşayır. Dünyanın ən böyük riyazi zəfərlərindən birini digər riyaziyyatçılarla birlikdə qeyd etmək əvəzinə özünü dünyadan təcrid etmişdir, kəşfi ilə əlaqədar öz xoşbəxtliyini hiss etmişdir. Bu alimin cəmiyyətə inteqrasiya etməyi deyil yalnızlığı seçməsi bizim üçün çox böyük bir itkidir. İnanıram ki, uzun illərdən sonra geriyə baxdığımız zaman yaratdığı radikal dönüşümlər, metodlar və yeni ixtiralar sayəsində Perelmanın adı, haqlı üsyanı və həlli layiq olduğu yeri tapacaqdır.