- Rəqəmsal erada əkinçiliyə innovativ baxış!

Yeni texnologiyaların istifadəsi öz növbəsində yeni biznes ideyalarının yaranmasına gətirib çıxarır. Startap dünyasının rəngarəngliyi isə günü-gündən artmaqdadır. Gəlin sizin üçün seçdiyimiz 2 fərqli startap ilə tanış olaq:
1.Günlük alış-verişinizi edərkən şirkət səhmlərindən pay qazanmaq istəyərdinizmi?
Əgər cavabınız müsbətdirsə vaxt itirmədən “Bumped” tətbiqetməsini yükləməlisiniz. 2017-ci ildə David Nelsen tərəfindən qurulan startap öz istifadəçilərinə alış-veriş zamanı yığılan bonusları səhmlərə çevirmək şansı verir. Loyallıq proqramlarına innovativ yanaşma gətirən Nelsen 2 illik müşahidələrinə əsasən bildirir ki, yeni növ bonus sistemi ilə insanlar öz sevimli mağazalarındakı xərcləmələrini artırır və tətbiqetməyə daxil olmayan mağazalardan alış-veriş etməyi dayandırır.
Mənbə: https://news.crunchbase.com/news/bumped-raises-10-4m-for-program-that-gives-equity-as-shopping-rewards/
Şirkət haqqında ətraflı məlumat: https://bumped.com/about