Nasim Talebin müəllifi olduğu bu kitab sadəcə iqtisadiyyat mövzusunda olan bir dərslik deyil, bunu investorlar da oxumalıdırlar. KitabdaTaleb yüksək səslə iddia edir ki, təsadüfi hadisələr əslində tarixə və maliyyə bazarlarına, planlaşdırılmış hadisələrdən daha çox təsir edir. Köhnə Dünyanın sakinləri bütün durnaların ağ rəngli olduğuna əmin idilər və bu qanuna uyğunluq nəhayət bir Qara Durnanın peyda olmasınadək dəyişməz qalırdı. Qara Durna, Talebin nəzəriyyəsində gözlənilmədən baş verən və ciddi nəticələrə səbəb olan  nadir bir hadisədir! Məsələn, 19 oktyabr 1987-ci ildə Dow Jones Industrial 22,6% düşdü. Bu hadisəyə səbəb olacaq əvvəlcədən bildirilən nə vacib xəbər var, nə də “bazar köpüyü” var idi. Əslində, internetin inkişafı, 11 sentyabr 2001-ci il terror hücumu, Sovet İttifaqının dağılması, Birinci Dünya müharibəsi və digər bu kimi hadisələr də dünyanı dəyişdirən qara durnalardır. Bəs Qara Durnanı necə görmək olar?
  1. Bu hadisə anormaldır. Keçmişdə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur.
  2. Dünyaya böyük bir təsir qüvvəsi var.
  3. Hadisə artıq baş verdikdən sonar onun baş vermə səbəblərini tapmağa çalışırıq. Onu başa düşülən və proqnozlaşdırılan etmək istəyirik.
Taleb nəzəriyyəsindən necə istifadə olunur?
  1. Mümkün olmayan hadisələri nəzərdən keçirin
Keçmiş təcrübəyə çox əhəmiyyət verməyin: Siz öz həyatınızın 1000 gününü eyni keçirə bilərsiniz, lakin bu 1001-ci günün eyni olacağı demək deyil. Məsələn, toyuğa 239 gün dən verilir və bəslənir, ancaq 240-ci gün toyuq özü bizim süfrəmizdə hazır və dadlı yeməyə çevrilir. Bu səbəbdən, investor həmişə bazarın qeyri-sabitliyinə hazır olmalıdır. Bir böhran üçün heç bir şərt yoxdursa, portfelinizdə hələ də qoruyucu aktivlər olmalıdır. Ehtiyac olmadan kredit götürməməyə və pulun bir hissəsini depozitdə və nağd şəkildə saxlamağa çalışın. 2. StrategiyanızınTərsini Axtarın (Onu inkar edən) Həmişə buna şübhə edin. Unutmayın ki, hər halda, kifayət qədər məlumatınız yoxdur. Mütəxəssislərdən kömək istəyin, maliyyə məsləhətçisinin xidmətlərindən istifadə edin. Səyahət edin, yeni dillər öyrənin, yeni tanışlıqlar edin. Bu, qara durnanın əmələ gətirdiyi dəlikləri görməyə imkan verir. Strategiyanız üçün təsdiqedici faktlar axtarmayın. Təkzib axtarın. 3. Yaradıcı düşünün və qurulmuş nümunələrə əməl etməyin. Biri Sizə, qəpik havaya atılarkən 99 dəfə quyruq tərəfi düşübdür, əgər 100cü dəfə atsaq baş tərəfinin düşmə ehtimalını soruşarsa, ehtimal 50%-dir deməyə tələsməyin, çünki əsl cavab 1% də ola bilər. 4. Proqnozlara etibar etməyin. Ümumi proqnozdan daha pis variant bilmək daha vacibdir. 5. Xəbərləri düzgün oxuyun Xəbərlər və ictimaiyyətə açıq olan məlumatlar birjada qazanmaq üçün fürsət verməyəcəkdir. Çünki minlərlə treyder bu xəbəri sizdən əvvəl öyrənmiş və artıq bir razılaşma etmişdi. Çox güman ki, izdihamı izləyəcəksiniz. Yekun olaraq! Nadir hadisələrdən maddi zərər çəkməmək üçün ən asan və birbaşa üsul sadəcə özünüzü və şirkətinizi həmin hadisələrə qarşı sığortalayın. Sığorta, Sizin qısa müddət ərzində xərclərinizi artırsa da böhran vəziyyətində köməyiniz ola bilər. Ən son Qara Durna hadisələrindən biri kimi COVID-19 pandemiya dövründə bir çox şirkətlər ağır itki və digər dolayı zərərlərlə üzləşsə də, Nasim Talebin tövsiyyəsi ilə maliyyə bazarında olan bir HedcFond (Universa İnvestments)öz investorlarına 4,144%-dək xeyir gətirmişdir!