1. Bülbülü öldürmək - Harper Li
1960-cı ildə nəşr olunduğu zaman böyük təəssürat yaradan kitab, bir uşaq qəhrəmanın gözü ilə Amerikanın cənubundakı irqçilik və bərabərsizlikdən bəhs edir. Kitab nəşrindən bir il sonra Pulitzer mükafatını qazansa da, irqçiliyi ehtiva etdiyi səbəbiylə qadağan edildi.
  1. Servantes - Don Kixot
Servantes tərəfindən 1605-ci ildə yazılmış Don Kixot cəngavər romanlarına qarşı satiradır. İspan inkvizisiyası tərəfindən “xeyirxahlığı dəyərsizləşdirmək” səbəbilə qadağan edilən kitab ancaq 19-cu əsrdə yenidən oxucu ilə görüşə bildi.
  1. Alisa möcüzələr ölkəsində - Lewiss Carroll
Təkcə uşaqlar üçün deyil, böyüklər üçün də tamamilə fərqli bir dünyanın qapısını açan ingilis yazarın kitabı 1931-ci ildə Çin hökuməti tərəfindən insan xüsusiyyətlərini heyvanlara aid etdiyi və insanlara qarşı təhqiramiz olduğunu əsas gətirərək qadağan edilmişdi.
  1. Balaca Qara Balıq - Səməd Behrəngi
İran yazıçısı Səməd Behrəngi tərəfindən qələmə alınan “Balaca Qara Balıq” siyasi mesajlarına görə qadağan edilib. Balaca Qara Balıq bu gün də İranda qadağan olunmuş kitablar siyahısındadır.
  1. Kapital - Karl Marks
1867-ci ilə aid olan kitab Türkiyədə siyasi səbəblərdən uzun müddət qadağan edilib.