
Boş vaxtınızı dəyərləndirərək bacarıqlarınızı pula çevirmək istəyirsiniz? Və ya əksinə, münasib qiymət təklifi ilə işlərinizi görə biləcək professionallar axtarışındasınız? O zaman Wedo.az köməyinizə çata bilər.
Yerli startap olan Wedo sifarişçi və icraçıları bir araya gətirən platformadır. Azərbaycanda ilk dəfə olaraq şəxsi kabinetli frilans marketpleys əsasında fəaliyyət göstərən startap bir çox üstünlüklərə məxsusdur.
Belə ki, saytdan istifadə çox asandır. Yalnız bir neçə dəqiqə ərzində siz öz sifarişinizi yarada və uyğun professionalları tapa bilərsiniz. Həmçinin, əgər müxtəlif şirkətlərlə frilans olaraq çalışmaq istəyirsinizsə sayta daxil olaraq şəxsi kabinet yaradıb vakansiyalara müraciət etməyiniz mümkündür.
Qeyd edək ki, startapın əsas üstünlüklərinə əlavə olaraq vaxta qənaət və güvənli əlaqələrin yaradılmasını misal göstərə bilərik. Belə ki, keyfiyyətə önəm verən Wedo.az komandası daimi olaraq sifarişçi və frilanser profillərini nəzarətdə saxlayır, rəylər araşdırılır və şikayətlərə diqqət edilir.