Birjada iş saatlarından sonra ən böyük qiymət dəyişikliyi göstərən səhmlər: Nordstrom, SoFi, Hewlett Packard və daha çox. Nordstrom — Pərakəndə satış şirkətinin səhmləri şirkət rüblük qazanc və gəlirdə azalma olduğunu bildirdikdən və 2021-ci il səviyyələri ilə müqayisədə gəlirin 5%-dən 7%-ə qədər artacağını proqnozlaşdıran 2022-ci maliyyə ili üçün təlimat verdikdən bir neçə saat sonra 30% bahalaşıb. Analitiklər isə 3,7% artım gözləyirdilər. Nordstrom, həmçinin son rüblərdə aşağı performansdan sonra qiymətdənkənar biznesi olan Nordstrom Rack-də irəliləyişləri vurğuladı. SoFi — Fintech şirkətinin səhmləri rüblük mənfəət hesabatından sonra təxminən 16% artıb. Rəqəmsal maliyyə xidmətləri şirkəti rüblük bir səhm üçün 15 sent zərər bildirdi ki, bu da səhm başına 17 sent zərər ilə bağlı konsensus gözləntilərindən daha az olub. Gəlir isə 279,3 milyon dollarlıq gözləntiləri bir qədər üstələyərək 278,8 milyon dollar olub. Salesforce — Proqram şirkəti, ən son rüb üçün gözləniləndən daha yaxşı qazanc və gəliri bildirdikdən sonra uzadılmış ticarətdə (extended trading) təxminən 3% artım əldə etdi. O, həmçinin 2023-cü maliyyə ili üçün 32 milyard dollardan 32.1 milyard dollara qədər gəlir proqnozlaşdırıldığı ilə bağlı məlumat verdi. Refinitiv tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərin 31,78 milyard dollar gəlir gözləntiləri var idi. Hewlett Packard Enterprise — Hewlett Packard-ın səhmləri şirkət son rüb üçün mənfəətin cüzi şəkildə azaldığını bildirdikdən sonra 1,5% artdı, lakin rüblük gəliri azaldı. Rüb üçün səhm başına 53 sent olan mənfəət analitiklərin təxminlərini 7 sent üstələdi. 6,96 milyard dollar olan gəlir isə 7,03 milyard dollarlıq konsensus gözləntilərindən aşağı idi.