Rusiya baş nazirinin müavini Aleksandr Novak sutkada 500 min barel hasilatın azaldılmasını elan etməzdən əvvəl xəbərdarlıq etmişdi ki, bu il neft hasilatının azalması riski var. Novakın sözlərinə görə, bu risk Aİ-nin idxal qadağaları, Rusiya xammalı və neft məhsullarına qoyulan qiymət məhdudiyyətləri ilə bağlıdır.
“Bəli, belə risklər var. Lakin biz onları yaxın gələcəkdə qiymətləndirəcəyik”, - deyə Novak jurnalistlərə bildirib.
Bugünkü açıqlamaya qədər Rusiyanın neft hasilatı və ixracı dayanıqlı idi. Qərbin Vladimir Putinin enerji satışından əldə etdiyi gəlirləri azaltmaq məqsədilə Rusiya neftinə sanksiyalar tətbiq etməyə razılıq verməsindən sonra, tədarükün azalacağına dair ilkin gözləntilər qarşılanmadı.
Novak daha əvvəl demişdi ki, Rusiya neft hasilatı 2023-cü ilin yanvar ayında gündəlik 9,8-9,9 milyon barel (bpd) səviyyəsində olub. Rusiya fevralın ilk həftəsində də hasilatı normada saxlayıb.
Bu arada, Rusiyanın büdcə gəlirləri onun flaqman Urals qarışığının aşağı qiymətləri səbəbindən azalır.
Rusiya neftinin təklif olunduğu endirimlər Urals neftinin qiymətinin beynəlxalq benchmark Brent Crude-dan 30 dollar/barel aşağı düşməsinə səbəb olub.
Yanvarda "Ural"ın aşağı qiyməti səbəbindən Rusiyanın büdcəsi 2022-ci ilin yanvar ayı profisiti ilə müqayisədə yanvarda 24,7 milyard dollar (1,76 trilyon rubl) kəsir yaratdı. Belə ki, neft və qazdan gələn dövlət gəlirləri, neft və qazın aşağı qiyməti səbəbindən 46,4% azalıb. "Ural" və təbii qaz ixracatının azaldığını isə, Rusiya Maliyyə Nazirliyi bu həftə ilkin hesablamalarda bildirib.
Ötən həftə Rusiyanın "Kommersant" qəzeti mənbələrə istinadən yazır ki, Rusiya "Ural"ın Brent-ə olan endiriminin genişlənməsi səbəbindən büdcə gəlirlərindəki azalmanı məhdudlaşdırmaq üçün Rusiya neft şirkətlərini Urals əvəzinə Brent markalı neftin qiymətinə görə vergiyə cəlb etməyi düşünür.
Bu həftənin yanvar ayı üçün büdcə smetasında Maliyyə Nazirliyi bu hesabatın bəzi hissələrini təsdiqləyərək bildirib ki, “Uralın qiymətinin ixrac qiymətlərinin hesablanmasında aktuallığının azaldığını nəzərə alaraq, hazırda alternativ tarifə keçmək üçün müxtəlif digər yanaşmalar öyrənilir".
Təbii ki, Rusiyanın neft qiymətlərini artırmaq istəməsi üçün çoxlu səbəblər var və görünür, OPEC+ bu səylərə müqavimət göstərməyəcək. Ancaq hansısa digər amillərin rolundan asılı olmayaraq, şübhəsiz ki, sanksiyalar, embarqolar və qiymət məhdudiyyətləri nəhayət, Rusiya istehsalını aşağı salır.