Londonda evlərini icarəyə verən ev sahiblərinin üçdə biri əmlaklarının bir hissəsini bu il satmağı gözləyir. Bu, onsuz da rekord həddə olan kirayə haqqının yaxın aylarda daha da artacağı ilə bağlı narahatlıqları artırır. Ölkə daxilində minlərlə fərdi ev sahiblərini təmsil edən Milli Ev Sahibləri Assosiasiyası (NRLA), kirayə evlərin tədarükünün daha da azalmasının qarşısını almaq istəyir. Elə buna görə də hökuməti vergi sistemində köklü dəyişikliklər etməyə çağırır. Kirayəçi olmaq istəyənlərin sayı ilə kirayə verilə bilən evlər arasında uyğunsuzluq, son aylarda kirayə haqqının dəfələrlə yüksəlməsinə səbəb olub.
Onlayn əmlak portalı olan Rightmove bu yaxınlarda hesabladı ki, kirayəçilərə tələb pandemiyadan əvvəl olduğundan 53 faiz yuxarıdır. İcarəyə verilə bilən əmlakların sayı isə 2019-cu ildən bəri 38 faiz azalıb. NRLA-nın baş icraçı direktoru Ben Beadle, "Acı həqiqət ondan ibarətdir ki, hökumətin sektora investisiyaların qarşısını almaq səyləri işləyir. Ancaq kirayə evlərə rekord tələblə yanaşı cəza vergisi yalnız kirayəçilərə zərər verməyə xidmət edən fəlakətli bir hadisədir."
Rightmove-un məlumatına görə Londondan kənarda orta icarə haqqı keçən ilin əvvəlindən təxminən 10 faiz artaraq təqvim ayı üçün £1,172-ə çatıb. London daxilində orta kirayə haqqı indi ayda 2,480 funt sterlinq təşkil edir. Bu da başqa bir rekorddur. Londonun daxili kirayələri isə ilk dəfə olaraq ayda 3,000 funt-sterlinq səviyyəsini keçib. Güclü tələbata və rekord icarə haqqına baxmayaraq, NRLA üzvlərinin 30 faizi bu il portfelinin ölçüsünü azaltmağı gözlədiklərini söylədi ki, bu, altı ildən çox müddət ərzində planlaşdırılan ən yüksək investisiya səviyyəsidir. Yalnız 11 faiz bu il portfellərinə əlavələr etməyi gözlədiklərini söylədi.
Son illərdə ipoteka faizlərinin azaldılması, möhür rüsumu və kapital mənfəət vergisinə edilən dəyişikliklər, ipoteka faizlərində son sıçrayış kimi əmlakın daha az cəlbedici olmasına səbəb oldu. İngiltərə Bankının proqnozuna görə, bu ilin sonunda ev sahibləri üçün aylıq ipoteka ödənişləri 12 ay əvvəlkindən orta hesabla 175 funt sterlinq yüksək olacaq. Bank bildirib ki, al-icarə ipotekası olanların beşdə biri ayda 300 funt sterlinqdən çox artımla üzləşib.
Enerji səmərəliliyi standartlarına gözlənilən və potensial baha başa gələn dəyişikliklər bəzi ev sahiblərinə evlərini satmağa başlamağı daha da həvəsləndirdi. Son bir neçə ildə kirayə haqqının sürətlə artdığını görən kirayəçilər üçün narahatlıq ondan ibarətdir ki, ərzaqdan tutmuş yanacağa qədər hər şeyin də bahalaşdığı bir vaxtda tədarükün daha da azalması onların kirayə haqqını daha da yüksəldəcək.
Tədricən kirayəçilər qaranlıq bir gələcəklə üzləşirlər. Çünki yaşamaq üçün bir yer tapmaq getdikcə çətinləşir. Dövlətin işə qarışması artıq bir şərt olub. NRLA özəl icarə sektorunun necə vergiyə cəlb olunduğunun “tam nəzərdən keçirilməsini” istəyir.