• Goldman Sachs gələn il xam neftin 110 dollar/barelə çatacağını gözləyir ki, bu da 30%-dən çox artım deməkdir.
  • İnvestisiya bankının əmtəə rəhbəri 2023-cü ildə neftlə bağlı proqnozun “çox müsbət” olduğunu bildirib.

Çinin sıfır COVID siyasəti ilə bağlı narahatlıqlara və qlobal tənəzzül qorxularına baxmayaraq, Goldman Sachs gələn il Brent markalı neftin bir barelinin qiymətinin 110 dollara çatacağını gözləyir.

İnvestisiya bankının qlobal əmtəə rəhbəri Jeff Currie çərşənbə axşamı bildirib ki, 2023-cü il üçün neftlə bağlı proqnoz "çox müsbət" olaraq qalır.

O, CNBC-yə verdiyi müsahibədə bildirib ki, Goldman bir barel Brent üçün 110 dollar proqnozu ilə müsbət gedişat planlaşdırır. Bu, mövcud 83 dollar səviyyəsindən 30%-dən çox yüksəliş deməkdir.

Currie həmçinin qeyd etdi ki, hələ də qarşıda "çox qeyri-müəyyənlik" var. O cümlədən buraya Çində tələbin azalması potensialı, tənəzzül qorxuları və gələn həftə Avropa Birliyinin Rusiya neftinin dəniz yolu ilə idxalına embarqo qoyması daxildir.

Bu arada, OPEC+ bazar günü Vyanada toplanacaq və Currie, kartelin neft hasilatını kvotalarını daha da azaltması ehtimalının yüksək olduğunu və qiymətlərə yuxarı təzyiq göstərəcəyini söylədi.