Admiral William McRaven 2014-cü ildə Texas Universitetində, Ostində məzun sinfinə dedi: "Dünyanı dəyişmək istəyirsinizsə, yatağınızı yığmaqla başlayın". ABŞ Hərbi Dəniz Qüvvələrinin "yatağını düzəltmək" kimi qəbul etdiyi şeylər - kvadrat künclər, mərkəzləşdirilmiş yastıq, rəfə səliqə ilə qatlanaraq qoyulan yorğan – nəzərdə tutulur. Bununla belə, admiralın daha geniş nəzərdə tutduğu fikir universaldır: istər dənizçi, istər satıcı, istərsə də baş direktor, “hər səhər yatağınızı yığsanız, günün ilk tapşırığını yerinə yetirmiş olacaqsınız”.

Onun bu giriş çıxışı viral oldu. Hər kəs işləri və ya fikirləri ləngitmək ilə mübarizə aparmalıdır. Milyonlarla çarpayı hər səhər donanmanınkində edildiyindən daha sadə bir şəkildə belə yığılmır. Bəzi insanlar hətta edilməsi lazım olsa belə  hər şeyi təxirə salmaqla özlərinə əziyyət verirlər. Yenə də, bundan əziyyət çəkən insanların həyatını daha yaxşı etməsi üçün həyat məsləhətləri var. İlk olaraq özünüzü işlərini ertələyən biri olaraq adlandırmamaqla başlayın. Həqiqətən, əgər bunu etsəniz, yəqin ki, siz artıq tam əksinə çevrilmiş olacaqsınız. “Out of Sheer Rage” (1998) əsərində Geoff Dyer əylənməyi bir sənət formasına yüksəldir.

Kitabda müəllifin D.H.Lourens haqqında bir araşdırma yazmaq əvəzinə vaxtını necə itirdiyi əks olunmuşdur. Cənab Dyer, özü də daxil olmaqla insanlar haqqında yazır: "Bütün dünyada insanlar təxirə salmaq, ertələmək və bir şeyi disiplinli bir şəkildə etmək üçün qeydlər aparırlar". Kaş ki, o, bir başlanğıc edə bilsəydi, deyə öz-özünə şikayətlənirdi. Buna baxmayaraq o, nəinki başlamağa, həm də mükəmməl bir kitabı tamamlamağa, nəşr etdirməyə və bazara çıxarmağa müvəffəq oldu. İşləri sona çatdırmağın ən asan yolu ilk növbədə işə başlamaqdır. Məşğul insanların hərəkətini heç vaxt dayandırmamasının səbəbi, onların daimi addımlarının davamlı olmasıdır. Bu, demək yerinə o işi yerinə yetirməkdən daha asandır - xüsusən də xoşagəlməz bir tapşırığı edirsinizsə. Bir şey nə qədər pis görünürsə, onun nə qədər dəhşətli olduğunu düşünməyə bir o qədər çox vaxt sərf edirsiniz. Bu, öz növbəsində, sizi daha da geriyə salır. Bu pis döngüdən xəbərdar olmaq ondan çıxacağınıza zəmanət vermir. Ancaq ən yaxşısı düşünmək yerinə başlamaqdır. Hərəkət etdikdən sonra yol nöqtələrinizi nəzərdən keçirin. Bu, bir işi daha kiçik, daha asan əldə edilə bilən hissələrə bölmək demək ola bilər. Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən 2005-ci ildə dərc edilmiş əsas məqalədə konseptual biliyin necə işləndiyini haqqında araşdırma əks edilmişdir. Müəlliflər müəyyən ediblər ki, beyin geniş və mücərrəd olanlardansa konkret və hissələrə ayrılmış tapşırıqlara üstünlük verir.

 Ertələmək məntiqlə emosiya, ambisiya ilə nailiyyət arasındadır. Bu boşluğu aradan qaldırmaq çətin ola bilər. Sürətli irəliləyiş çətin, lakin təltifedicidir, hər şeyi sona qədər tərk edənlər üçün kəşf edə bilməyəcəkləri bir nailiyyət təklif edir. Nəyisə təxirə salmaq onu aradan qaldırmaz. Odur ki, işinizi planlayın, hissələrə bölün və başlayın.