NASA, "Artemida"nın Aya gələcək missiyası üçün "Axiom Space" kostyumlarının prototipini təqdim etdi.
 
NASA yaxın bir neçə il ərzində Ayın səthinə çıxması gözlənilən astronavtlar üçün xüsusi hazırlanmış və təchiz edilmiş yeni nəsil skafandr üçün ilk prototipini təqdim edibApollonun ay proqramının davamçısı "Artemida" missiyasına kostyum tikmək üçün NASA ilə müqavilə bağladığı Texasda yerləşən "Axiom Space" şirkəti tərəfindən təşkil edilən tədbirdə Hyuston-dakı Conson Kosmik Mərkəzində ən son ay geyimi nümayiş etdirildi.
 
NASA-nın illərlə apardığı araşdırma və təcrübəyə əsaslanaraq, "Axiom"un gələcək nəsil skafandrları nəinki ilk qadına Aya getməyə imkan verəcək, həm də Ayda əvvəlkindən daha çox elmi araşdırmalar üçün imkanlar yaradacaq”.
 
The Artemis III spacesuit prototype, the AxEMU. Though this prototype uses a dark gray cover material, the final version will likely be all-white when worn by NASA astronauts on the Moon’s surface. Credit: Axiom Space
 
Artemis astronavtlarının Aya geyindiyi geyimlər, 1969-1972-ci illərdə 6 Apollon missiyasında iştirak edən 12 kişinin geydiyi iri ölçülü skafandrlardan çox fərqli görünəcəkAxiom tərəfindən "Axiom Extravehicular Mobility Unit" və ya qısaca "AxEMU" kimi markalanmış yeni kostyumlar köhnə Apollo modellərindən daha sadə və çevikdir, daha çox hərəkət diapazonu, ölçü və uyğunluq dəyişkənliyi ilə fərqlənirBununla belə, kostyumların dəqiq görünüşü ciddi şəkildə qorunan ticarət sirri olaraq qalır.
 
Eksponatlar, "Axiom"un xüsusi xarici parça dizaynını gizlətmək üçün sinə üzərində "Axiom" loqotipi, narıncı və mavi zolaqlar olan boz rəngli xarici təbəqə ilə gəldiBununla belə, şirkət bildirib ki, astronavtların Ayın cənub qütbündə geyinəcəkləri paltarlar ağ olacaq, çünki bu rəng Ayın səthində sərt günəş işığını əks etdirən və geyinən şəxsi həddindən artıq istidən qoruyan ən yaxşı rəngdir.
 
NASA həmçinin Ayda və Beynəlxalq Kosmik Stansiyadan kənarda kosmosda gəzintilər zamanı geyiniləcək gələcək skafandr-ların hazırlanmasında rəqabət aparmaq üçün Şimali Karolina ştatının Charlotte şəhərindəki "Collins Aerospace" şirkəti ilə müqavilə bağlayıb.
 
"Axiom Space" Artemis III missiyasını həyata keçirmək üçün uçuş təlimi skafandrları və dəstək avadanlığının, o cümlədən alətlərin dizaynı, inkişafı, kvalifikasiyası, sertifikatlaşdırılması və istehsalına cavabdehdir. Şirkət missiyadan əvvəl kostyumu kosmosa bənzər bir mühitdə sınaqdan keçirəcək.
 
"Artemida" vasitəsilə NASA ilk qadını və "POC" (person of color-ağdərili olmayan) insanı Aya endirərək, Ayın səthini əvvəlkindən daha çox araşdırmaq və Marsa gələcək astronavt missiyalarına hazırlaşmaq üçün uzunmüddətli, davamlı Ay mövcudluğuna yol açacaq.