
Beynəlxalq kredit reytinqi agentliyi Moody's Ukraniyanın kredit reytinqini "B3"dən "Caa2"yə endirib.
Moody's Ukraniyanın kredit reytinqinin aşağı salındığını açıqlayıb. Açıqlamada ölkənin kredit reytinqinin “B3”-dən “Caa2”-yə endirildiyi və daha da aşağı salınması üçün kredit reytinqinin nəzərdən keçirildiyi qeyd edilib.
Bəyanatda Rusiyanın Ukraniyaya hücumunun Ukraniyanın borclarını ödəmə qabiliyyətinə zərər verəcəyi, müharibənin Ukraniyanın istehsal gücünə ziyan vurduğu üçün Ukraniyanın iqtisadi və maliyyə gücünə ciddi təsir edəcəyi bildirilib.
Moody's fevralın 25-də Rusiyanın Ukraniyaya hücumundan sonra Rusiya və Ukraniyanın kredit reytinqlərinin nəzərdən keçirildiyini bildirib.