"Microsoft" minlərlə işçini ixtisar etməyə hazırlaşır, çünki texnologiya müəssisələri yaxınlaşan tənəzzül qorxusu fonunda riskləri aşağı salır.
 
Sky News-a görə, Amerika proqram təminatı nəhəngi qlobal işçi qüvvəsinin 5%-ni ixtisar etməyi düşünür. Bu, təxminən 11,000 işçiyə təsir edəcək. "Microsoft" bununla bağlı şərh verməkdən imtina etdi.
 
Redmond, Vaşinqtonda yerləşən şirkətin bazar dəyəri təxminən 1,8 trilyon dollardır. Şirkət, 6000-i Böyük Britaniyada olmaqla təxminən 220.000 işçidən ibarət qlobal işçi qüvvəsinə malikdir.
 
Qrup Azure, onun bulud hesablama bölməsi, Windows, LinkedInXbox daxil olmaqla bir sıra müəssisələrə sahibdir. Şirkət həmçinin video oyunlar qrupu Activision Blizzard-ın razılaşdırılmış 69 milyard dollara satın alınması üçün təsdiq qazanacağına ümid edir.
 
Bloomberg News xəbər verir ki, "Microsoft" bu gündən etibarən bir neçə mühəndislik bölməsində işçilərini ixtisar etməyi planlaşdırır.
 
Digər böyük texnoloji müəssisələr də ötən il işçi qüvvələrinin ölçüsünə "balta" vurdular. "Amazon" 18.000-dən çox, “Facebook” və “Instagram”ın sahibi Meta Platforms isə 11 mindən çox işçisindən xilas olub.
 
Layoffs.fyi, izləmə saytına görə, keçən il texnologiya şirkətləri tərəfindən 154,000-dən çox işçi işdən çıxarıldı. Bu ilin əvvəlindən isə artıq təxminən 25 min nəfər işdən çıxarılıb.
 
"Microsoft"-un səhmləri 0,5% və ya 1,12 dollar artaraq 240,35 dollara çatıb. ABŞ şirkəti də öz növbəsində, oktyabr ayında 1000-ə yaxın işçi qüvvəsini ixtisar etdi. "Bütün şirkətlər kimi, biz də biznes prioritetlərimizi müntəzəm olaraq qiymətləndiririk və buna uyğun olaraq struktur düzəlişlər edirik" - "Microsoft" bildirib.