"Meta Reality Labs" bölməsi il ərzində 13,7 milyard dollar itirdiyinə görə, Mark Zukerberq-in "Metaverse" layihəsi də pul itirməyə davam edir.
"Reality Labs" Meta-nın Metaverse üzərində cəmləşən biznes və tədqiqat bölməsidir.
"Reality Labs" bölməsində dördüncü rüb üçün 4,28 milyard dollar itki müşahidə olunub. Bu da əvvəlki rübdə qeydə alınan 3,3 milyard dollardan çoxdur. Bununla da "Reality Labs" gözləniləndən daha böyük pul itkisi ilə üzləşir.
Gəlir baxımından "Reality Labs" dördüncü rüb üçün 727 milyon dollar qazanıb ki, bu da analitiklərin 715,1 milyon dollarlıq gözləntilərindən bir qədər yüksək olub.
Son bir neçə ay ərzində investorlar Metanın Metaverse-ə pul köçürməyə davam etmək qərarına qarşı çıxıblar.
Bir investor hətta Meta-ya "Uyğunlaşma vaxtı" başlıqlı açıq məktubunda, Metaverse xərclərini məhdudlaşdırmağı tövsiyə edib.
Qazancların nəticələri açıqlandıqdan sonra sual-cavab sessiyasında CEO Mark Zukerberq bildirib ki: "İndiyə qədər gördüyüm müşahidələrin heç biri "Reality Labs" strategiyasını uzunmüddətli dəyişməli olduğumuzu göstərmir".
Dinləyicilərdən biri "Reality Labs"-da "sürətləndirici itkilərin" 2023-cü ildə gözlənib gözlənilmədiyini soruşdu. Meta-nın baş maliyyə direktoru Susan Li isə cavabında: "Biz hələ də "Reality Labs" itkilərimizin 2023-cü ildə artacağını gözləyirik. Lakin, gördüyümüz əhəmiyyətli və uzunmüddətli imkanları nəzərə alaraq bu sahəyə sərmayə qoymağa davam edəcəyik".
Dekabr ayında şirkətin baş texnologiya direktoru Endryu Bosvort "Niyə biz hələ də gələcəyə inanırıq" adlı bloq yazısında Metanın "Reality Labs"-a xərclərinin 20%-ni investisiya etməyə davam edəcəyini ifadə edib.
Eyni zamanda, nəticələr dərc edildikdən bir neçə saat sonra Meta-nın səhmləri 19% artdı. Bu, bir çox investorun şirkətin gəlirinin 2% -dən bir qədər çoxunu təşkil edən bölmədəki itkiləri nəzərə almadığını göstərir.