• Qızıl tələbi pandemiyadan əvvəlki səviyyəyə qalxıb.
  • WGS: Mərkəzi banklar 2022-ci ilin üçüncü rübündə 20 milyard dollar dəyərində rekord - 399 ton qızıl alıblar.
  • WGC bildirir ki, ən böyük alıcılar arasında Türkiyə, Özbəkistan, Qətər və Hindistanın mərkəzi bankları olub.

Qlobal miqyasda Mərkəzi bankların qızıl ehtiyatlarını sürətlə artırmaları son dəfə 55 il əvvəl, ABŞ dollarının hələ də qızılla dəstəkləndiyi vaxt müşahidə olunmuşdu. "Ümumdünya Qızıl Şurası"nın ( World Gold Council - WGC) məlumatına görə, mərkəzi banklar 2022-ci ilin üçüncü rübündə 20 milyard dollar dəyərində rekord - 399 ton qızıl alıb. Bununla da qiymətli metala qlobal tələb pandemiyadan əvvəlki səviyyələrə qayıdıb. WGC-nin son rüblük hesabatında deyilir ki, zərgərlər və qızıl külçə və sikkə alıcıları tərəfindən pərakəndə tələbat da güclü olub. WGC bildirir ki, dünyanın qızıl tələbatı sentyabr rübündə 1181 ton təşkil edib ki, bu da illik 28% artım deməkdir. WGC bildirir ki, ən böyük alıcılar arasında Türkiyə, Özbəkistan, Qətər və Hindistanın mərkəzi bankları olub. Baxmayaraq ki, digər mərkəzi banklar da əhəmiyyətli miqdarda qızıl alıblar, lakin alışları barədə ictimaiyyətə məlumat verməyiblər. Türkiyə Mərkəzi Bankı bu il ən böyük qızıl alıcısı olaraq qalır və üçüncü rübdə 31 ton əlavə edərək ümumi qızıl ehtiyatını 489 tona çatdırıb. Özbəkistan Mərkəzi Bankı 26 ton, Qətər Mərkəzi Bankı 15 ton, Hindistan Ehtiyat Bankı rüb ərzində 17 ton daha əlavə edərək qızıl ehtiyatlarını 785 tona çatdırdılar.

Türkiyədə qızıl külçə və sikkələrin pərakəndə alıcılarının da bu rüb illik ehtiyatı 300%-dən çox artaraq 46,8 tona çatıb.

Bitcoin kimi kriptovalyutaların yaranmasına baxmayaraq, qızılın qeyri-müəyyənlik və ya qarışıqlıq dövründə hələ də üstün təhlükəsiz aktiv hesab edildiyini nəzərə alsaq, bu inkişaflar təəccüblü deyil. Qızıl həm də effektiv inflyasiya hedcinqi kimi qəbul edilir. Baxmayaraq ki, ekspertlər bunun yalnız onilliklər və hətta əsrlər boyu ölçülən uzun müddətli dövr ərzində doğru olduğunu deyirlər.

Qızıl treyderləri qızılın uzunmüddətli yüksəliş trayektoriyasının davamlılığı ilə razılaşırlar. Külçə sənayesində aparılan sorğuya görə, daha yüksək faiz dərəcələrinə baxmayaraq, qızıl qiymətləri gələn il yenidən yüksələcək. Treyderlər gələn ilin bu vaxtı qiymətlərin bir unsiya üçün 1830,50 dollara yüksələcəyini gözləyirlər ki, bu da cari səviyyədən təxminən 11% çoxdur.