"Marsda həyat varmı? Heç olubmu?" Elm adamları bu sualın cavabını illərdir axtarırlar. Tədqiqatlarda əldə edilən gil çöküntüləri göstərir ki, qırmızı planet milyardlarla il ərzində bir neçə dəfə həyata ev sahibliyi etmiş ola bilər. Mars Reconnaissance Orbiter tərəfindən çəkilmiş şəkillərin hərtərəfli tədqiqi nəticəsində planetoloqlar Marsın şimali Ladon Vadisi, cənub və cənub-qərbi Ladon hövzəsi boyunca gil tərkibli çöküntüləri müəyyən ediblər. Tədqiqat Icarus jurnalında dərc olunub. Gil suyun uzunmüddətli mövcudluğunu göstərir, çünki o, minimal suyun buxarlanması ilə neytral şəraitdə əmələ gəlir. Komanda, suyun Mars tarixinin böyük bir hissəsi olaraq təxminən 3,8 milyard il əvvəldən təxminən 2,5 milyard il əvvələ qədər burada axdığını düşünür. Gillərin mövcudluğu nə deməkdir? Arizonadakı Planet Elmləri İnstitutunun baş elmi işçisi Catherine Weitz dedi: "Bundan başqa, nisbətən aşağı yataq qradiyenti nümayiş etdirən və 200 kilometr (124 mil) məsafədə gil ehtiva edən rəngli, açıq tonlu laylı çöküntülər çox güman ki, Ladon hövzəsi və Ladon Vadisinin şimalında bu gölün mövcudluğunun sübutudur" dedi. Həmçinin Weitz, "Az enerjili göl mühiti və gillərin mövcudluğu o dövrdə həyat üçün əlverişli olan mühiti dəstəkləyir" dedi. Tədqiqatçılar gillərin su kanalları vasitəsilə aşındırılmadan Ladon hövzəsində və şimali Ladon Vadisindəki bir gölə daşınmadan öncə Ladon hövzəsinin üzərindəki yüksək torpaq örtüyündə formalaşdığını düşünürlər. Buradakı çöküntülər Marsın başqa bir hissəsi ilə, bu tədqiqatın əhatə etdiyi bölgənin cənubunda yerləşən Eberswalde deltası ilə üst-üstə düşür. Marsda buz olduğunu bilirik, lakin maye su axtarışları davam edir. Bu son araşdırma axar suyun bir vaxtlar Mars mənzərəsinin böyük bir hissəsi olduğu və onunla həyat gətirmiş ola biləcəyi fikrini dəstəkləyir. Marsda nə qədər suyun olduğunu və onun həyatı dəstəkləyib-dəstəkləmədiyini anlamaq çox vacibdir. Tədqiqatçılar tərəfindən aşkar edilən gil və digər süxurların paylanması ətrafa yapışan su ilə uyğun gəlir. Üstəlik, gilin ətraf mühit üçün qida və stabilizator mənbəyi olduğu bilinir. Suyu, qida maddələri və həyat amillərini birləşdirdiyimiz zaman orqanizmlərin sağ qalma şansları kəskin şəkildə artır.