
Marketing Week-in “2022 Career and Salary” sorğusuna əsasən şirkətlər ən yaxşı marketoloqları cəlb etmək üçün hibrid və dəyişkən iş rejimi kimi iş tənzimləmələri təklif etməlidirlər.
Sorğuda iştirak edən 4,463 marketoloqun 82,6%-i hibrid və ya dəyişkən iş rejiminin onlar üçün ya vacib, ya da çox vacib olduğunu deyir. Hibrid iş yaxşı iş mühiti (70,4%), ədalətli bonus ödənişləri (60,7%) və karyeranızda yüksəlmək imkanından (55,6%) sonra dördüncü yerdə (49,6%) gəlir.
Respondentlərin təxminən yarısı (49,8%) hazırda ofisdəki günləri evdəki günləri qarışdıraraq hibrid şəkildə işləyir. Bu rəqəm iri bizneslərdə (250 işçi və daha çox) marketoloqların 52,3%-nə yüksələrkən KOBİA-larda isə 47,3%-ə qədər azalır.
Bununla belə, təxminən hər 10 marketoloqdan biri (9,3%) dəyişkən iş rejimi istəyinin işəgötürən tərəfindən rədd edildiyini bildirir.
Dəyişkən iş rejimi təklifinin rədd edilməsinin səbəblərinə marketoloqların tam iş günü ofisdə olmasını istəyən brendlər (34,2%), uzaqdan işin effektiv olduğuna inanmayan şirkətlər (26,5%) və ya “bir ölçü hamıya uyğundur” yanaşması daxildir (24,5%).