Marketing Week-in “2022 Career and Salary” sorğusuna əsasən, marketoloqların yarıdan çoxu (56,9%) ya iş dəyişikliyinə hazırdır, ya da hazırda bunu nəzərdən keçirir. Bu rəqəm, keçən il yeni işə başlayan 25,8%-dən çox, son 12 ayda vəzifələrini dəyişən marketoloqların dörddə birindən çoxuna (27,9%) əlavədir. Eksklüziv sorğunun nəticələrinə görə, 27,9% yeni bacarıqlar öyrənmək üçün öz vəzifələrini tərk edib, 27,2% istiqamət dəyişdirmək istəyib, 19,8% isə pandemiyanın onları prioritetlərini yenidən düşünməyə vadar etdiyini bildirib. Daha 18% yeni biznes mədəniyyətinin onları cəlb etdiyini, 14,2% isə şəxsi baxışlarına uyğun gələn şirkət axtarışında olduğunu bildirib. Təxminən 12,8% vəzifə dəyişikliyinin ixtisarla bağlı olduğunu, 10,5% çevik iş axtarmaq üçün keçən il iş yerini dəyişdiyini bildirib. Marketoloqlar son 12 ay ərzində vəzifə dəyişiklikləri etsə də, daha çoxları 2022-ci ildə yeni vəzifə dəyişikliyinə hazırdır. 4,463 marketoloqun sorğusuna əsasən 2022-ci ildə vəzifə dəyişikliyini nəzərdən keçirməyin bir nömrəli səbəbinin daha yaxşı bonus ödənişlər (64,5%) olduğunu, 53,8% yenilik axtarışında olduğunu və 45,6% hazırkı şirkətlərində məhdud imkanların olduğuna inandığı qeyd edilib. Sorğuda iştirak edən marketoloqların üçdə biri (33,3%) daha yaxşı iş yeri mədəniyyəti, 31,9 faizi isə karyera yüksəlişi (promotion) axtarışındadır. Daha 28,5% təcrübələrini genişləndirməyi təmin edəcək bir vəzifə axtararkən beşdə biri (20,7%) isə çox məsuliyyət axtarır. “Daha yaxşı” sənaye və ya sektorda işləmək şansları (19,8%), çevik iş axtarmaq (15,6%) və yerdəyişmə (11,8%) marketoloqların 2022-ci ildə vəzifə dəyişikliyinin səbəbləri kimi qeyd etdikləri digər amillər olub. Araşdırmalara əsasən, əyləncə (24,5%) marketoloqların keçməyi düşündükləri ən populyar sektordur, bunu FMCG (23,7%), agentlik/məsləhətçilik (22,9%), pərakəndə, topdansatış və ya e-ticarət (22,8%) və xeyriyyə/qeyri-kommersiya (21,2%) sektorları izləyir.