Los-Angeles ən böyük qazla işləyən elektrik stansiyasını yaşıl hidrogenlə işləyən elektrik stansiyasına çevirəcək. LA Times LA Şəhər Şurasının yekdil səsverməsinə istinadən xəbər verir.
Çevrilmə, hidrogenlə idarə olunacaq Scattergood Generator stansiyasında yeni turbinlərin quraşdırılmasını əhatə edəcək. Hidrogen günəş və ya külək enerjisi qurğularının enerjisindən istifadə etməklə elektroliz yolu ilə istehsal olunacaq. Hesabatda qeyd olunur ki, yaşıl hidrogen enerjisi istehsalı heç vaxt belə miqyasda həyata keçirilməyib. Zavod başlanğıcdan yalnız yaşıl hidrogeni yandırmağa başlamayacaq. Hesabatda qeyd olunur ki, əvvəlcə təbii qaza yalnız aşağı karbonlu yanacaq əlavə ediləcək.
Şəhər Şurası tərəfindən yekdil səsverməsi öz Enerji və Ətraf Mühit Komitəsinin layihə ilə bağlı bəzi narahatlığını ifadə etməsindən sonra baş verdi. Həmçinin müxtəlif qrupların, o cümlədən ekoloqların tənqidindən irəli gələn müəyyən tövsiyələr də buna səbəb oldu.
LA Times hesabatında qeyd edildiyi kimi bəzi tənqidçilər layihənin yerli icmalar üçün faydalarını şübhə altına alır və onu "yaşıl yuyulma" kimi qiymətləndirirlər. Los-Angeles Daily News keçən həftə bildirdi ki, digərləri enerji istehsalı üçün yaşıl hidrogendən istifadənin mümkün mənfi təsirlərindən ehtiyat edirlər. Bəzi ekoloji qruplar enerji istehsalında yaşıl hidrogenin iqlimə təsir edə biləcəyindən narahatdırlar. Komitə həmçinin şəhərin Su və Enerji Departamentindən əhalinin sağlamlığına mənfi təsirlərin mümkünlüyü barədə maraqlandı.
Məsləhətləşmələrdən sonra komitə səlahiyyətlilərə tövsiyə etdi ki, çevrilmə çirkləndirici emissiyaların artmasına səbəb olmasın. Əlavə olaraq yaşıl hidrogenin istehsalı, saxlanması, daşınması və istifadəsi ilə bağlı ictimai risklər yaratmasın. Hidrogen asanlıqla alovlanır. Bu da onun saxlanmasını və daşınmasını çətinləşdirir.
LA Şəhər Şurası isə səsverməni qeyd edirdi. LA Times-a istinadən şuranın sədri Paul Krekorian dedi ki, “Bu, qeyri-mümkün bir məqsəd kimi görünürdü. Və biz indi buna nail olmaq ərəfəsindəyik".