"Lego" bizə planeti xilas etmək haqqında nə öyrədir? Onilliklər ərzində Oksford Universitetinin menecment professoru Flyvbjerq yüksəksürətli qatar xətlərindən tutmuş Olimpiadanın keçirilməsinə qədər böyük layihələrin məlumat bazasını toplayıb.
O, "Meqalayihələrin Dəmir Qanunu"nu təklif edib. Araşdırmalarına əsasən, onların vaxt keçdikcə tərkar-təkrar büdcənin üstünə çıxdığını müşahidə edib. Meqalayihələrin əhəmiyyətli bir azlığı nəinki gec və bahalı, həm də fəlakətlidir.
Dəlillərə baxmayaraq, o və Dan Qardner iddia edir ki, biz Lego dəstlərindən və tanış olan prinsipdən istifadə etsək, möcüzələr yarada bilərik.
Bu prinsip modulluq prinsipidir. Kompleks “Lego” modeli hər biri dəqiqliklə hazırlanmış və digər kərpiclərlə əvəz edilə bilən məhdud çeşidli kərpicdən yığılır.
Modulluq bir sıra üstünlüklərə malikdir.
Birincisi odur ki, fərdi komponentlər müəyyən miqyasda istehsal oluna bilər ki, bu da xərcləri sürətlə azaldır.
1930-cu illərdə TP Rayt adlı amerikalı aviasiya mühəndisi təyyarə fabriklərini diqqətlə araşdırdı.
O, belə nəticəyə gəlib ki, müəyyən bir təyyarə modeli nə qədər tez-tez yığılsa, növbəti təyyarə bir o qədər tez və ucuz olur.
İşçilər ən yaxşı iş üsullarını öyrənəcək və müəyyən tapşırıqları yerinə yetirmək üçün xüsusi alətlər hazırlanacaqdı. Wright, ikinci təyyarənin adətən birincidən 15% ucuz olacağını tapdı.
Dördüncü təyyarə ikincidən 15%, səkkizinci təyyarə isə yenə 15% ucuz olacaq. Hər dəfə yığılmış istehsal 2 dəfə artdıqda, vahid məsrəflər 15% azalırdı. Rayt bu fenomeni "öyrənmə əyrisi" adlandırdı.
Modul layihələrin başqa üstünlükləri də var.
Onların fabrikdə hazırlanmış komponentlərdən istifadə etmək ehtimalı daha yüksəkdir. Siz fabriklərdə mürəkkəb əşyalar hazırladığınız zaman onları tikinti sahəsində hazırladığınızda gözlənilməz şeylərə daha az meyil edirsiniz.