FTX-nin dağılmasından sonra, kripto sənayesi üçün paralel hüquqi və tənzimləyici baza yaratmaq planlanır. Lakin, mövcud vəziyyətdə heç bir şey etməmək daha yaxşı seçim olardı.
Artan uğursuzluqlardan etibarın itirilməsi artıq kriptovalyutanın məhvinə səbəb olur. Saysız-hesabsız “coinlərin” bazar kapitallaşması noyabr 2021-ci ilin zirvəsindən sonra təxminən 75% aşağı düşüb.
FTX-in uğursuzluqlarının miqyasından və əhatə dairəsindən xilas olan kriptovalyutaya inamı təsəvvür etmək çətindir. Sadə dillə desək, kripto sistemi hazırda mövcud olduğu kimi dayanıqlı deyil.
Aydın və asanlıqla icra oluna bilən mülkiyyət hüquqlarının olmaması, qeyri-şəffaf vasitəçilərin davranışlarına nəzarət etmək və nizam-intizamı tənzimləmək üçün yalnız özəl investorlara güvənmək heç vaxt təhlükəsiz və effektiv olmayıb.
Beləliklə, əsas sual ondan ibarətdir ki, hakimiyyət orqanları mülkiyyət hüquqlarını qoruyan, təhlükəsizlik və etibarlılıq prinsiplərini həyata keçirən yeni tənzimləyici və nəzarət çərçivəsi yaratmalı olub-olmamasıdır. Kriptovalyutanın çökməsindən yaranan əlavə itkilərdən narahat olan bir çox insan istehlakçıları qorumaq üçün yeni qaydalar tələb edir.
Təəssüf ki, kriptovalyutanı tənzimləmək və nəzarət etmək üçün ayrıca bir struktur yaratmaq cəhdləri maliyyə sistemini daha çox deyil, daha az təhlükəsiz edəcək. Gəlin buna səbəb olacaq iki məsələni qeyd edək.
-Birincisi, bu, bankları kripto aktivləri almağa və onlara qarşı girov kimi borc verməyə təşviq edəcək. Bu da bank sistemini ucuzlaşan bazar dəyərlərinə qarşı həssas edəcək.
-İkincisi, yeni qaydalar maliyyə fəaliyyətinin ənənəvi maliyyədən hələ də daha az tənzimlənən, lakin yeni sanksiyaya məruz qalmış kripto dünyasına miqrasiyasına gətirib çıxaracaq.
Baş verən hadisələrdən nəticə çıxararaq, kriptovalyutanı qanuniləşdirən yeni hüquqi-tənzimləyici baza yaratmaq əvəzinə, sadəcə onun "yanmasına" icazə vermək ən yaxşı həll yoludur.