
Bitcoin, Ethereum və Altcoinlərdə son vəziyyət necədir?
Günlərdir dalğalanan kriptovalyuta bazarları son bir həftədə 5 faiz zəiflədi.
Bazarlarda son 24 saat sakit keçdi. Coingecko məlumatlarına görə saat 23:45 etibarilə bazarlar mində 5 zəifləyərək 1 trilyon 850 milyard dolların altına düşdü.
Bitcoin də bazarlar kimi dəyər itiridi. Qiyməti mində 5 ucuzlaşan BTC 38 min 645 dollara düşüb.
Ethereum isə rəqiblərindən fərqli olaraq min səviyyəsində də olsa dəyər qazandı. ETH-nin qiyməti mində 5 artaraq 2853 dollara çatıb.
Ötən həftənin ən çox dəyər itirən kriptovalyutalarından biri olan XRP-nin enişi davam etdi. Ripple mində 4 azalaraq 62 sentə düşüb.
Elon Musk Twitter-i aldığını elan etdikdən sonra dəyəri kəskin şəkildə yüksələn Dogecoin müqavilədən əvvəlki vəziyyətinə qayıtdı. DOGE-nin qiyməti mində 2 artaraq 13 sent olaraq qalır.