KitKat istehsalçısı Nestle, xərclərin "görünməmiş" artımı səbəbindən qiymətlərini yenidən qaldırdı. İsveçrənin qida nəhəngi bu ilin ilk yarısında qiymətləri 6,5% artırdığını bildirib. McDonald's və Coca-Cola da bu həftə qiymət artımını açıqladı. Şirkətlər yanacaq, əmək haqqı və inqrediyentlər kimi şeylər üçün artan xərclərlə üzləşirlər və Böyük Britaniyada istehlak qiymətləri son 40 ildə ən sürətlı formada artır.

Cheerios və Smarties də istehsal edən Nestle, 2021-ci ilin son üç ayında artıq qiymətlərı 3,1 % artmışdı. Baş icraçı Mark Schneider qiymət artımlarının "məsuliyyətli şəkildə" həyata keçirildiyini söylədi."Biz intizamlı xərclərə nəzarət və əməliyyat səmərəliliyi vasitəsilə misli görünməmiş inflyasiya təzyiqlərinin və təchizat zənciri məhdudiyyətlərinin marja inkişafımıza təsirini məhdudlaşdırdıq" dedi.

Qiymət artımı Avropada 4,9% ilə müqayisədə 9,8% olmaqla Şimali Amerikada ən yüksək olub. Nestle, valyuta dəyişikliklərinin və alışların təsirini aradan qaldıran üzvi satışların ilin birinci yarısında 8,1% artdığını söylədi. Firma il üçün üzvi satış artımı proqnozunu 7%-8%-ə qaldırdı.

Rusiyada daha yüksək vergilər və əmlak və avadanlıqların silinməsi daxil olmaqla, birdəfəlik maddələr nəticəsində xalis mənfəət 11,7% azalaraq 5,2 milyard İsveçrə frankına (5,4 milyard dollar; 4,5 milyard funt-sterlinq) düşüb.

Mart ayında Nestle Ukraynanın işğalından sonra Rusiyaya investisiyaları dayandırdı və məşhur brendlərini ölkədən çıxardı. Bununla belə, hələ də orada körpə formulası və tibbi qida məhsulları kimi zəruri məhsulları satır.