Uğursuz bir qocanın öz potensialını hərkəsə göstərmək səyi. Bu uğursuzluğu köməkçisinin yanından ayrılmasına səbəb olur. Qoca isə bu uğursuzluğa bir son qoymalı idi. Qolfstrimdə balıq tutan qoca 84 gün idi ki,evə əliboş qayıdırdı. Qocaya kömək edən oğlan isə başqa balıqçının yanına keçdikdən sonra 3 balıq tutmağı bacarmışdı.Bu isə qocanın uğursuzluğunu sübut edirdi. Qoca uğursuzluğu qırmağın yolunu sahildən uzaqlaşaraq daha böyük balıq tutmaqda görür və düşündüyünü həyata keçirir. Qoca sahildən bir qədər uzaqlaşdıqdan sonra tilovuna bir qılıncbalığı ilişir. Lakin balıq çox böyük olduğundan qocanı qayıqla birgə sahildən uzaqlaşdırır. Qoca isə buna məhəl qoymayaraq, balığın onu uzaqlaşdırmasına imkan verirdi. Çünki balığa qarşı çıxacağı təqdirdə balığın ipi qoparacağını anlayırdı. Balıq dayanmadan qayığı dartır. Qoca isə balığın yorulacağı vaxtı gözləyirdi. Amma balıq günlər keçsə də, yorulmaq bilmirdi. Artıq ipləri tutmaq qocaya əzab verirdi. Qoca oğlanın yoxluğunu hiss edirdi. Tez-tez oğlanın yanında olacağı halda bu qədər əziyyət çəkməyəcəyini xatırlayır və məyus olurdu. Amma bu əzablara baxmayaraq, qocanın məğlub olmaq fikri yox idi. Nə olursa olsun, bu balığı tutacaqdı. Nəhayət, balıq yorulmağa başlayır və qoca onu öz balıqçılıq məharətləri ilə məğlub etməyi bacarır. İndi isə qoca qılıncbalığını öz evinə aparmalı idi. Yalnız qocanın uğursuzluğu onu tərk etmirdi. 1 saat keçdikdən sonra köpəkbalığı balığa hücum çəkərək, balığın bir hissəsini parçalayır. Qoca köpəkbalığını öldürməyi bacarsa da, balığın qanı suya yayılaraq digər köpəkbalıqlarını da qayığa yaxınlaşdırır.Bu köpəkbalıqları balığı tamamilə yeyib bitirirlər. Qoca sahilə yaxınlaşdıqda əlində balığın skeletindən başqa heç nə qalmır. Bu əsər balıqçının hekayəsi olmaqla yanaşı, səbr və qərarlı olmağın vacibliyini vurğulayır. Sonda hər zaman istədiyinizin olmayacağını, amma bunun səni hədəflərindən uzaqlaşdırmamalı olduğunu söyləyir. Çünki bəzən uğura gedən yolun uğurdan daha vacib olduğunu bilmək lazımdır. Ernest Heminqueyin "Qoca və dəniz" kitabı 1951-ci ildə yazılmışdır. Yazıçı bu əsər sayəsində Nobel və Pulitzer mükafatlarına layiq görülmüşdür.