Heyvanıstan Corc Oruellin məcazi dildə yazılmış nağıl üslubunda siyasi satirasıdır. Roman ilk dəfə 1945-ci ildə Böyük Britaniyada nəşr olunub. 1996-cı ildə 1946-cı il üçün keçmiş tarixə görə Retro Hüqo Mükafatını almışdır. Kitabı oxumağa başlayanda bəlkə dili, ifadə tərzi sizə ağır gələ bilər. Kitabı nağıl kimi adlandırmaq olar. Adından da göründüyü kimi, kitabın əsas qəhrəmanları heyvanlardır. Kitabda donuz, atlar, qazlar və göyərçinlərin adı çəkilir. Əvvəla, heyvanların başlatdığı üsyan nəticəsində “Bəylik Ferması” adını dəyişərək “Heyvan Fermasına”na çevrilir. Əlbəttə, bizim fermer Cons fermadan qaçır. Bundan sonra mal-qara şad yaşayır. Snouball və Napoleon adlı iki donuz bütün fermanı idarə etməyə başlayır. Bu arada fermaya tanıdığımız adamlar hücum edir. Heyvanlar bu hücumu birtəhər dəf edir və insanların açdığı atəşdən sonra səpələnən Snouball kürəyindən yaralanır və Snouball heyvanlar üçün bir qəhrəmana çevrilir. Daha sonra Snoubol bu fermada yel dəyirmanı tikmək istəyir və Napoleon əvvəlcə bundan imtina edir, nəticədə Napoleonun yetişdirdiyi itlər Snoubol-u fermadan qovur və ondan bir daha xəbər alınmır. Sonra Napoleon yel dəyirmanı tikmək qərarına gəlir və yel dəyirmanı işə salınır. Əvvəlcə təhqir edilən yel dəyirmanı daha sonra Napoleon tərəfindən təriflənir və Napoleon ideyanın atası kimi göstərilir. Heyvanlar min bir çətinliklə dəyirman qurur, lakin dəyirman dağıdılır və Snouball günahkar kimi göstərilir. Kitabda xüsusilə at Bokser "Napoleon həmişə haqlıdır" deməsi ilə diqqəti çəkir. Nəhayət Napoleonun hər zaman haqlı olduğunu deyən zəhmətkeş Bokser heyvan qəssabına verilir. Kitabın sonlarına doğru donuzların iki ayaq üstə yeriməsi, insan paltarı geyinməsi, pəncərədən onlara baxan heyvanlar qədər oxucunu heyrətə gətirir.