Dünyanın ən heyranedici sənət, memarlıq, yemək və mənzərələrindən bəzilərinə sahib olan İtaliyanın hər il inanılmaz sayda turist cəlb etməsi təəccüblü deyil. Bu möhtəşəm ölkə haqqında maraqlı faktlara nəzər salaq:
  • Bayraqları Fransa bayrağından ilhamlanıb. Fransa bayrağı ilə oxşar dizayna malik olan İtaliya bayrağının rəngləri ümid (yaşıl), inanc (ağ) və sədəqəni (qırmızı) təmsil edir. İtalyancada “il Tricolored” olaraq bilinir və hətta 7 Yanvar Bayraq günü vardır.
  • Fontana Di Treviyə hər il təxmini 1 milyon Euro atılır. Əfsanəyə görə, bura bir ədəd qəpik atmağınız “Əbədi Şəhər”ə (Romaya) geri dönəcəyiniz anlamına gəlir. İki ədəd qəpik atmağınız geri dönüb eşqə düşəcəyiniz, üç ədəd qəpik atmağınız geri dönəcəyiniz, eşqə düşəcəyiniz və evlənəcəyiniz anlamına gəlir. Bu pullar daha sonra toplanıb xeyriyyə üçün xərclənir.
  • İtaliya dünyanın ən çox UNESCO İrsinə sahib ölkəsidir.
  • İtaliyada çörəyi tərs qoymaq uğursuzluq olaraq qəbul edilir. Bəzi tarixçilər Orta Əsrlərdə bir şəhər cəlladına məxsus çörəyin bu şəkildə yerləşdirildiyini və bu inancın buradan başladığını deyir.
  • İtalyanlar salatları şirniyyat olaraq istifadə edirlər. Bir çox ölkələrdə salat yeməyin yanında yeyilərkən, İtaliyada yeməkdən sonra yeyilir. Bunun əsas səbəbi yaşıllığın həzmə kömək etməsi olaraq görülür.
  • Dünyaca məşhur Pinokkio ilk dəfə İtaliya qəzetində dərc olunub. Carlo Collodi 1880-ci ildə əfsanəvi Pinokkio hekayəsini yazdı.
  • Çəngəl ilk dəfə Qərbdə XI əsrdə İtaliyada meyvə yemək üçün istifadə edilib və 1450-ci ildən ət yemək üçün istifadə olunub. Yalnız 1620-ci illərdə İngiltərədəki yemək masalarına çatıb. Bu dövrlərdə çəngəldən istifadə aristokrat ailələr arasında etiket kimi qəbul olunmağa başladı.
  • İtaliyada uğursuz ədəd 13 deyil. 17 ədədinə otellərin otaq nömrələrində rast gəlməyə bilərsiniz.
  • İtaliyada sahibinin ölümündən sonra qanuni varis kimi qəbul edilən pişiyin 13 milyon dollar sərvəti olub.
  • Ölkədə ictimai yerlərdə ətək geyinən kişi həbs edilir.