
Yüksək texnologiyaların həyatımıza daxil olması bir çox sahələrdə insanların iş yükünün azalmasına və məhsuldarlığın artmasına səbəb olmuşdur. Müsbət və ya mənfi mənada da olsa, bu dəyişikliklər insanların iş həyatına təsirsiz ötüşmür. Son texnoloji trendlərə baxdığımız zaman, əsasən də, pandemiya (Covid-19) müddətində iş mühitindəki yeni tətbiqi layihələr geniş vüsət almışdır. Bu layihələr daha çox texnoloji yeniliklərlə, əsasən də, süni intellektin, məlumatların gücünün və robot texnologiyanın biznesə tətbiq edilməsini əhatə edir.
Rusiyada hazırlanmış süni intellekt proqramı Vera insan resursları sahəsində inqilab etməyə hazırlaşır. Sankt-Peterburqda 50 nəfərlik komanda tərəfindən hazırlanmış “işə qəbul robotu” eyni vaxtda yüzlərlə namizədlə müsahibə apara bilir. Robot işə qəbul proseslərində vaxt itkisini üç dəfə azaldır. İlkin mərhələdə orta ixtisas və texniki əməliyyat mövqeləri üçün istifadə edilməsi gözlənilən robot, işə qəbul xərclərini də xeyli azaldacaq.
İnsan resursları sahəsində iş təcrübəsi olan iki gənc sahibkar Vladimir Sveşnikov (28 yaş) və Aleksandr Uraksinin (30 yaş) “Stafory” startap layihəsi çərçivəsində hazırlanmış robot tərəfdaşlardan biri olan Sveşnikovun anasının adını daşıyır. İnsan Resursları üzrə İşə Qəbul Robotu Vera nə edə bilər? İşə Qəbul Robotu Vera müəyyən edilmiş meyarlara uyğun olaraq namizədin “CV”-lərini müəyyən edilmiş işə qəbul portallarından skan edə bilər. Vakant vəzifəyə ən uyğun namizədləri tanıyan Vera namizədlərə zəng edərək müvafiq vəzifə haqqında məlumat verir. Veranın başqa bir xüsusiyyəti odur ki, o, əvvəl görüşdüyü namizədləri səsindən tanıyır. “CV”-lərindəki əlaqə nömrələrindən istifadə edərək mərhələ keçən namizədlərə zəng vuran Vera müsahibəni davam etdirə də bilər.
Nəticə
Robotların bacarıqları və “ağıl”ları süni intellektin sayəsində inkişaf edir. Bununla belə, insan resursları üzrə ekspertlər deyirlər ki, onlar hələ də robotlara daxil edilən məlumatlara xas olan çatışmazlıqları dəyişmək və ideal vəziyyətə gətirmək üçün sistemi daim inkişaf etdirməyə çalışırlar.
Robotlar və onların əsas iş mexanizmini yerinə yetirən botlar (çatbotlar) qərarların qəbulunu sürətləndirə bilsə də, xüsusi suallar vermək üçün proqramlaşdırılsa da, müsahibə zamanı namizəd robotun parametrlərindən kənar bir şey soruşa bilər. Bu zaman sual yaranır ki, robot və ya chatbot qarşılıqlı əlaqəni necə başa düşəcək, hansı qərarı verəcək?
Bununla belə, texnoloji yeniliklərin bərabərində gətirdiyi iş rahatlığı biznes mühitindəki insanların motivasiyasının artmasına xidmət etməlidir.