İşdən çıxarılan Google meneceri həmkarları ilə işləməyi o qədər sevirdi ki, onlardan 6-sı ilə yeni şirkət qurmağa çalışır.
8 il Google tətbiqlərində iOS və Android təcrübəsini təkmilləşdirmək üzərində işləyən Henry Kirk yanvarın 20-də işdən çıxarıldığını söyləyib. Kirk bildirib ki, "Təxminən 5 dəqiqə ərzində olduqca çaşqın oldum, amma sonra dedim ki, mənim hələ də baxmalı olduğum bir ailəm var. Çox şey öyrəndim və düşünürəm ki, öz işimi etməyə hazıram".
Kirk, komandası ilə işləməkdən nə qədər həzz aldığını nəzərə alaraq, qrup söhbətində onunla yeni bir iş qurmaq üçün kimlərin qoşulmaq istədiyini soruşdu. 6 nəfər ona Nyu-Yorkda, eləcə də San-Fransiskoda dizayn və inkişaf studiyası tikməkdə kömək etmək fikri ilə razılaşdı.
Kirk baş idarəedici partnyor vəzifəsini tutacağını bildirib. O deyir ki, “Birinci məqsəd bəzi layihələr əldə etməkdir ki, biz ödənişlərimizi etməyə başlayaq”.
O, özünə və həmkarlarına şirkətin əsaslarını möhkəmləndirmək üçün martın sonuna qədər vaxt verdi. Bu o deməkdir ki, onun layihələri tamamlamaq üçün cəmi 6 həftəsi qalıb.