İnternetdə yeni nəsil “Apple” markalı smartfonların bütün konfiqurasiyalarının qiymətlərini əks etdirən cədvəl yerləşdirilib. Çin insayderləri tərəfindən açıqlanan məlumata görə, "iPhone 14"ün sentyabrın 16-da ictimaiyyətə satışları başlanacaq. iPhone 14 Bütün versiyalar üçün minimum flash yaddaş həcmi 128 GB olacaq. Eyni zamanda, yeni kiçik versiyalarda yaddaşın maksimum həcmi 512 GB ilə məhdudlaşdırılacaq. Üst konfiqurasiyada Pro versiyalarında isə 1 TB flash yaddaş quraşdırılacaq. Daha əvvəl bildirilmişdi ki, Apple 2 TB modullu iPhone 14 Pro hazırlayır, lakin görünür, bu versiya bazarda olmayacaq. iPhone 14-ün qiyməti 799-1099 dollar arası, iPhone 14 Max isə bundan 100 dollar baha olacaq. iPhone 14 Pro-nun qiyməti 1099-1599 dollar arasında olacaq. iPhone 14 Pro Max ilə fərq 100 dollardır.