Intel səhmdarlara verdiyi dividendləri (şirkətin öz mənfəətindən və ya ehtiyyatından müntəzəm olaraq səhmdarlara ödədiyi pul vəsaiti) təxminən üçdə iki nisbətində azaldıb.

Çərşənbə günü ABŞ çip istehsalçısı rüblük ödənişin əvvəlki 36,5 sent səviyyəsindən 12,5 sentə düşəcəyini söylədi. Bu addım şirkətin ildə təxminən 4 milyard dollar qənaət etnəsinə səbəb olacaq. Intel-in rəqibləri Tayvan Yarımkeçirici İstehsalat ŞirkətiSamsung çip istehsalı əməliyyatlarına sərmayə qoyur.

Intel-in baş icraçı direktoru Pat Gelsinger, şirkətin idarə heyətinin makroiqtisadi şəraitin aşağı düşməsindən sonra nəğd pula qənaət etmək üçün hərəkətə keçdiyini dedi. Intel-in bu rübdə gəlirinin keçən illə müqayisədə təxminən 40% azalacağı proqnozlaşdırılır.

Şirkətin çərşənbə günü verdiyi məlumata görə şirkətin səhmləri dəyişməyib.

Qeyd edək ki, Gelsinger 2021-ci ildə baş icraçı direktor vəzifəsinə keçdikdən sonra şirkətin səhmləri 60%-dən çox aşağı düşüb. Şirkətdə maliyyə gərginliyi xeyli güclənib. Intel rəhbəri, yeni məhsul satışı ilə yenidən rəqabət meydanına qayıdacaqlarını söylədi.

Gelsinger dividendlərin kəsilməsinin siyasi səbəblərə görə olduğunu inkar etdi. Intel yeni çip istehsalına investisiyalarını dəstəkləmək üçün ABŞAvropada böyük dövlət qrantları əldə etdi.

Şirkət vergi ödəyicilərinə milyardlarla dollar dəstək axtardığı bir vaxtda səhmdarlara böyük ödənişlər etdiyinə görə tənqid olunur.

Intel rəhbəri, kursunu dəyişdirib istehsalın digər əməliyyatlarından ayrılıb-ayrılmayacağı ilə bağlı sualları cavabsız qoydu. “Intel artıq iki ayrı əməliyyat bölməsinə ayırırlıb. Müəyyən dərəcədə biz artıq fərqli bir strukturu nəzərdən keçiririk" .