İnstagramı yaradan ikili, Elon Musk-ın Twitter-inə meydan oxuyan və internetdə dezinformasiyanın yayılması ilə mübarizə aparan yeni “mətn əsaslı” xəbər tətbiqini işə salıb.
Kevin Systrom və Mayk Krieger 2012-ci ildə foto paylaşma proqramı olan Instagram-ı yaratdı və daha sonra onu 1 milyard dollara Facebook-a satdı. İndi isə bu ikili bu həftə "Artifact" adlı yeni tətbiq yaratdılar.
Bu tətbiq, istifadəçilərin maraqlanacağı xəbərləri və həyat tərzlərinə uyğun məqalələri bir araya toplayacaq. Bu tətbiq həmçinin süni intellektdən də istifadə edəcək.
Tətbiqin həmtəsisçisi və baş icraçı direktoru Kevin Systrom: “Bu, həm texnologiya sənayesində, həm də Twitter-in Elon tərəfindən ələ keçirilməsi və Facebook-un Metaverse-ə diqqət yetirməsi ilə eyni zamanda baş verir“ deyə bildirdi.
2018-ci ildə Mark Zuckerbergin rəhbərlik etdiyi şirkət tərəfindən Instagram üzərində nəzarət artdı. Yaranan gərginlik fonunda yaradıcılar Facebook-u tərk etdi.
Bu arada, Elon Musk-ın keçən il Twitter-i 44 milyard dollara almasından sonra, dezinformasiyaya nəzarət edən və təhlükəsizlik qruplarının çoxu da daxil olmaqla, işçi qüvvəsinin təxminən yarısı sürətli şəkildə ixtisar olundu.
Systrom, "Artifact"-ın xəbərlər və günlük məqalələri oxumaq üçün Twitter-in potensial rəqibi olduğunu söylədi.
Həmçinin Twitter son zamanlar reklam xərclərinin azalması ilə ciddi mübarizə aparır. Əlavə olaraq bu, bütün sosial media bizneslərinin üzləşdiyi çətinliklərdir. Qeyd edək ki, Facebook və Instagram-ın ana şirkəti olan Meta, Snap və YouTube-un sahibi Alphabet son aylarda iqtisadi mühitin çöküşünü əsas gətirərək minlərlə işçini işdən çıxarıb.
Systrom və Krieger xaricdən sərmayə götürməkdən imtina etdilər. Onlar son iki il ərzində platformanı qurmaq üçün milyonlar xərcləyərək "Artifact"-ı özləri maliyyələşdirdilər. Qrup San Fransiskoda yerləşir və cəmi yeddi işçisi var. Bu, "Artifact"-ın Silikon Vadisində tüğyan edən maliyyə böhranından qaçması deməkdir. Çünki, vençur kapitalı investorları nağd pul tələb edən startaplara riskli yatırımlar etməyi qəbul etmirlər.
"Artifact", The New York Times, Vogue və Financial Times daxil olmaqla xəbər təşkilatlarından, eləcə də mütəxəssis maraqları haqqında daha kiçik bloqlardan tutmuş, nəşriyyatların veb-saytlarının seçilmiş siyahısına qədər məlumatları skan edir və bunun üçün süni zəkadan istifadə edir.
İstifadəçilər sınaqdan keçirilən yeni funksiyaların bir hissəsi olaraq, nəticədə digər istifadəçiləri izləmək və dostlara mesaj göndərmək imkanı olacaq.
Systrom bildirib ki, platforma gələcəkdə məzmuna pulsuz daxil olmaq istəyən istifadəçilər üçün fərdiləşdirilmiş reklam nümayiş etdirə bilər. Lakin o, həm də abunəliklər və qurulmuş nəşriyyatlarla sövdələşmələr kimi ödənişli variantları araşdırır.
"Artifact" tam sosial platforma deyil. Tətbiq təsdiq edilmiş mənbələrin seçilmiş kolleksiyası olaraq qalacaq. Çünki həmtəsisçilər yüksək keyfiyyətli xəbər və məlumatı təmin etmək istəyirlər. Şirkət vebsaytları təsdiq etməzdən əvvəl media qərəzliliyi və faktların yoxlanılması prosesini davam etdirir. Tətbiq alqoritmləri bəzən istifadəçinin razılaşmadığı məzmunu onlara təqdim edə bilər.