Texnologiya inkişaf etmiş cəmiyyətə sahib, həmçinin hər daim müxtəlif sahələrdə inkişaf etməkdə olan mühim aspektlərdən biridir. O dünyamızı bizim xeyrimizə çevirmək və işləri sadələşdirmək üçün daha yeni və təkmilləşdirilmiş mexanizmlərin inkişafı vasitəsilə ümumi əlçatanlıq yaratmaq vədini özündə daşıyır. İnnovasiyalar fərdi təfəkkür və azadlığa həm müsbət, həm də mənfi təsirlərlə cəmiyyətimizin düzgün işləməsini təmin edir. Bu, bizim düşüncə tərzimizi və müxtəlif fəaliyyətləri necə qəbul etdiyimizi dəyişir. Sənayeləşmə, nəqliyyat və təhlükəsizlik sektorunda innovasiya üstünlük təşkil edir və bu cür dəyişikliklər minimal vaxtda daha çox işin görülməsinə imkan verir. Kim olduğumuzu müəyyənləşdirən insan şəxsiyyəti sürətlə inkişaf edən texnologiyanın ölçülməmiş təhlükəsi ilə üzləşə bilər. Davranış tərzimiz və bu gün etdiklərimizin müxtəlif aspektləri dəyişən texnologiya ilə getdikcə daha çox dəyişir. “Dəyərləri diktə etməsələr də, texniki təhlillər və nailiyyətlər sosial fəlsəfələrə dərindən təsir edir” (Hanks, 2013). Bununla belə böhran bizim digər insanlarla münasibətimizi və qarşılıqlı əlaqələrimizi yenidən müəyyən edə bilər, bizi xoşbəxt edən şeyləri dəyişdirə bilər və həmçinin individual kimi tam potensialımızı əldə etmək qabiliyyətimizi dəyişdirə bilər. Filosoflar beyinin inkişafını ətraf mühit ilə əlaqələndirir. Tədqiqatçılar həmçinin bildirir ki, insan beyni xarici stimullara cavab olaraq inkişaf edir və dəyişir. Texnologiya şüurun azadlığını, yaradıcılığını və təxəyyülünü bir qədər və aşkar olunmayacaq şəkildə məhdudlaşdırır. Əyləncə üçün ondan asılılığımız sayəsində biz yaradıcılıqla az məşğul oluruq, çünki biz cihazlarımızda olan proqramlara inanırıq və onların “möhtəşəm” olduğunu düşünürük. Bu mövcud tətbiqlərdən asılı olduğumuz zaman, bizim təxəyyülümüz və yaradıcılığımız ifşa olmur, çünki müxtəlif saytlar istədiyimizə kifayət qədər sahibdirlər.  Bu aspekt düşüncəmizə mənfi təsir göstərir, çünki ağlımız ehtiyac duyduğumuz zaman istədiyimizə sahib olduğumuzu bilir. Sosial bacarıqlar hər bir insan üçün düşüncənin inkişafı və keyfiyyətində vacibdir. Bununla belə, araşdırmalar göstərir ki, tez-tez internetdən istifadə edən insanlar fiziki cəmiyyət və dostları ilə ünsiyyətdə 100 dəqiqə daha az vaxt sərf edirlər. Vəziyyət buna görə də yaş qrupları arasında zəif ünsiyyət bacarıqlarından məsul amil olan şəxsi ünsiyyətin azalmasına gətirib çıxarır. Zəif ünsiyyət bacarıqları da stress, tənhalıq hissi, ümumi olaraq fiziki və psixi sağlamlığın mənfi olması üçün məsuliyyət daşıyır. Bu gün ətrafımızdakı hər şey həyatımızı daha rahat etmək üçün dəyişdirilib. Çoxumuzun düşünmək işini sadəcə mütəxəsislərə buraxmağının əsas səbəbi də budur. İnsanların yeni istilaları hədəf aldığı qədim dövrdən fərqli olaraq texnologiyaya görə insanlar düşünmək və bir çox suala cavab vermək yerinə daha çox vahid və əvvəlcədən modelləşdirilmiş həll yolundan asılıdırlar. Bu aspekt yeni idealların inkişafı üçün təhlükə yaradır, çünki texnologiya yalnız insanların kəşf etdiyi proqramları emal edir. Baxmayaraq ki texnologiyanın təsiri istifadə edən insanlardan asılıdır. Bu çətin sınaqların uğurla həyata keçirilməsinə imkan yaradan ən yaxşı inkişaflardan biri hesab olunur. Healy, (1998) dedi: “Kompüterlər pis müəllimləri yaxşı müəllimlərə çevirməyəcək”. Bununla belə, texnologiyadakı seçimlər mühüm fəlsəfi fərqləri əks etdirir və təkcə öyrətdiklərimizdə deyil, həm də onu necə öyrətdiyimizdə dəyişiklik edir. Texnologiya sadəcə işin daha çevik, asan və daha sürətli edildiyi mexanizmdir. İnternetə əsaslanan texnologiyanın köməyi ilə biz müxtəlif real həyat problemlərinə həll yolları tapmağa kömək edən böyük miqdarda məlumatlara çıxış əldə edirik. Çox uzun sürəcək bir çox hesablamalar da kömpüterlərdən istifadə etməklə asanlaşdırılıb. İnternet texnologiyası ilə dünya məlumat və təcrübələrin bir platformada mövcud olduğu bir qlobal kəndə çevrildi. Müxtəlif tədqiqatçılar təcrübələr aparır və onları internetdə yerləşdirirlər. O, digər oxşar tədqiqatçıları eyni biliklərlə təchiz etdi və bu gün bizə təsir edən müxtəlif problemlər haqqında bildiklərimizin miqdarını artırdı. Texnologiyada innovasiyalar bizi ətrafımızdakı reallıqdan ayırmaqla adi sosial əlaqələrə mənfi təsir göstərir. O, həmçinin fiziki ünsiyyəti məhdudlaşdırır və ani həzz ideyasını təşviq edir. Fərdlər texnologiyadan istifadə etməyi bacarmalıdır, lakin onun kommunal qarşılıqlı əlaqəni məhdudlaşdırmasına imkan verməməlidirlər, xüsusən, texnologiyada artan dəyişikliklərin təsirinə asanlıqla düşənlər üçün. Buna görə də cəmiyyət texnologiyanın beyin inkişafına və işinə mənfi təsirini qəbul etmədən mənimsəməlidir.