Böyük Britaniyada illik inflyasiya mart ayında 7 faiz təşkil edərək 1992-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Böyük Britaniyada inflyasiya gözləntiləri üstələyib və son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib. İllik inflyasiya 7 faizə yüksəldi. Fevralda inflyasiya 6,2 faiz təşkil edib. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 6,7 faiz təşkil edib. Ölkədə inflyasiya aylıq 1,1 faiz artaraq rekord qırıb. Gözlənti 0,8 faiz idi. Bu ay enerji tavanı qiymətlərindəki 54 faiz artımın tətbiqi ilə inflyasiyanın yüksəlişinin sürətlənməsi gözlənilir. İnflyasiya ardıcıl 6 aydır hədəfdən yüksək olub. Restoran, enerji, otel, mebel, geyim və ayaqqabı qiymətlərindəki artım inflyasiyanın artmasına səbəb olub. İngiltərə Bankının may ayında artımı cilovlamaq üçün ardıcıl dördüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Bank aprel ayında inflyasiyanın 8 faizə yaxınlaşacağını gözləyir. İlin sonunda inflyasiyanın ikirəqəmli rəqəmə yüksəlməsi riskinə diqqət çəkilir. Böyük Britaniyanın maliyyə naziri Rishi Sunak ev təsərrüfatına əlavə dəstək vermək üçün addımlar atmaq üçün təzyiq altındadır. İqtisadçılar son açıqlanan dəstək paketini qeyri-kafi tapdılar.