Ulefone Power Armor 16 Pro 9600 mAh batareya və sarsılmaz performans aldı. Tanınmış möhkəm smartfon istehsalçısı Ulefone, bütün digər smartfonlardan fərqlənən Power Armor 16 Pro modelini təqdim etdi. Rəsmi açıqlamaya görə, Power Armor 16 Pro-nun arxa hissəsi böyük dinamiklə təchiz olunub və onun həcmi 122 dB-ə çata bilər. İstehsalçı bunun tarixin ən səs-küylü smartfon olduğunu iddia edir. Ulefone bildirir ki, bu funksiya təkcə musiqi dinləmək üçün deyil, həm də fövqəladə hallarda istifadə edilə bilər. Çox uzaqdan diqqəti cəlb etmək üçün həyəcan siqnalı işə salmaq kifayətdir. Smartfon "MediaTek Helio P22" tək çipli sistemlə təchiz edilib, 5,93 düymlük HD+ ekran alıb, Android 12 əməliyyat sistemində işləyir və 9600 mAh batareyaya malikdir. Telefon IP68/69K mühafizə dərəcəsinə, həmçinin ABŞ hərbi standartı MIL-STD-810G tələblərinə cavab verir. Ulefone hələ telefonun qiymətini və satışa çıxma tarixini açıqlamayıb.