Otellərin sahibi olan InterContinental Hotels Group (IHG) mart ayında investisiya fəaliyyətini dayandırıb və yeni otellərin açılmayacağını açıqlayıb. "Kommersant" yazır ki, "Holiday Inn" və "Crowne Plaza" otellər şəbəkələrinin sahibi olan Britaniyanın "InterContinental Hotels Group" (IHG) şirkəti Rusiyadakı bütün fəaliyyətini dayandırdığını açıqlayıb. E&Y audit firmasının araşdırmasında deyilir ki, IHG ümumi fondu 6,6 min otaq olan 29 oteli idarə edir. Forbes-in məlumatına görə, 2018-ci ildə IHG Rusiya bazarında 124 milyon dollar qazanıb. "Biz indi Böyük Britaniya, ABŞ və Aİ-nin sanksiyalar rejimlərinin dəyişməsi, həmçinin ölkədə fəaliyyətlə bağlı mövcud və artan problemlər səbəbindən Rusiyadakı bütün əməliyyatları dayandırmağa çalışırıq", - mətbuat xidmətinin bəyanatında deyilir. Şirkət əlavə edib ki, onlar Rusiyadan gələn işçiləri dəstəkləməyə davam edirlər. IHG mart ayında Rusiyaya investisiyaları və ölkədə yeni otellərin açılışını dayandırıb. Daha sonra şirkət Rusiyadakı şəbəkənin otellərinin sahibləri ilə onların gələcək işlərinin şərtləri ilə bağlı danışıqlar apardığını açıqlayıb. “Kommersant” yazır ki, şəbəkə Rusiyadakı biznesinin satışını müzakirə edir.