Həyat komfort zonasından kənara çıxmaq üçün imkanlarla doludur, lakin onları tutmaq çətin ola bilər. Bəzən problem bunun səbəbini bilməməkdir. İlk öncə komfort zonası nədir? Komfort zonası bizim rahat və təhlükəsiz hiss etdiyimiz psixoloji sahədir. Bu sahədə olan insanların performans səviyyələrini qaldırmaları üçün o qədər də həvəsləri yoxdur. Məhz burada insanlar riskdən məhrum olan gündəlik rutinlərlə məşğul olurlar və bu da onların bir müddətdən sonra zəifləməsinə səbəb olur. Axı rahatlıq hissi ən əsas ehtiyaclarımızın ödənildiyini göstərirsə, niyə ondan imtina etməyə çalışmalıyıq? Psixiatr A.Brenner rahatlıq zonasından kənara çıxmağa başlamaq üçün əsas səbəbləri belə təsvir edir:
  • Sizin “həqiqi həyatınız” təkcə sizin rahat olduğunuz təcrübələriniz deyil, bütün həyat təcrübələrinizin məcmusudur. “Əsl həyatınızı” bütünlüklə yaşamaq daha yaxşı inkişaf etmiş bir insan olmaq üçün vacibdir.
  • Sizə meydan oxuyana qədər nə bildiyinizi və əslində nə qədər güclü olduğunuzu bilmirsiniz.
  • Risklər, nəticədən asılı olmayaraq böyümə təcrübələridir. Dr. Brennerin qiymətləndirməsinə görə, uğursuzluq “öyrənmədə ilk cəhd” mənasını verir.
  • Rahatlıq zonanızdan kənara çıxmaq sizə dəyişikliklərlə necə davranmağı öyrənməyə kömək edir və bununla da rahatlıq zonanızı genişləndirirsiniz.
Komfort zonasını tərk etməklə biz xəyallarımızı məqsədə çevirməyə başlamış oluruq. Komfort zonasını tərk etmək sınaq və səhv mərhələsi deməkdir, bu müddət ərzində ən azı bir müvəffəqiyyət qaçınılmazdır. Bu uğuru yaşamaq, böyüməyə başlayan qabiliyyətimizə inamla öz effektivliyimizi artırır. "Rahatlıq ehtirası ruhun ehtirasını öldürür, sonra cənazədə gülümsəyərək gəzir.”  Cübran Xəlil.“Peyğəmbər” kitabı Rahatlıq Zonasından kənarda “Böyümə Zonası” yerləşir. Burada mövcud bacarıq və qabiliyyətlərimiz genişlənir, yenilərini öyrənməyə və inkişaf etdirməyə imkan yaranır. Böyümə Zonasına keçmək əvvəlcə qorxulu ola bilər. Amma biz buna macəra fürsəti kimi baxa bilərik. Özümüzə maraqlı olmağa, suallar verməyə və risk götürməyə başlayırıq. Siz bir az təzyiq hiss edə bilərsiniz, lakin məhsuldar təzyiq faktiki olaraq müsbət təsir göstərir, panikaya salmadan uğur qazanmağa sövq edir. Böyümə zonasında daha çox vaxt keçirdikcə, yeni bacarıqlara yiyələnməyiniz artacaq. Bu yeni bacarıqların bəziləri daha sonra Rahatlıq zonanıza keçəcək. “Davamlı inkişaf və tərəqqi olmadan təkmilləşmə, nailiyyət və müvəffəqiyyət kimi sözlərin mənası yoxdur.” Benjamin Franklin Ən kənar zona “Təlaş Zonası”-dır. Burada siz həm tanış olduğunuz, həm də ağlabatan şəkildə öyrənməyiniz gözlənilən şeylərdən kənara çıxırsınız. Bu pis sahədir, çünki siz öhdəsindən gələ bilməyəcəyiniz əsassız tələblər və məlumatlarla boğula bilərsiniz. Stress səviyyəniz yüksələ bilər, çünki siz uğursuzluğa düçar olduğunuzu hiss edirsiniz. Bu, zərərli və demotivləşdirici ola bilər. Rahatlıq zonasından Böyümə zonasına keçid üçün əsas yollar
  • Qorxunu müəyyənləşdirmək
Qorxu böyüməmizə mane olan nəhəng bir divar kimidir. Bu, həm də arzu və istəklərimizə çatmağımıza mane olur. Bu maneələrin nə olduğunu anlamaq və sadəcə onlara məhəl qoymamaq vacibdir. Gözəllik ondadır ki, biz maneələrdən xəbərdar olduqdan və onları şüurlu zehnimizə köçürdükdən sonra onlardan keçmək asanlaşır.
  • Həll yollarını axtarmaq
Yadınızdan çıxarmayın “Yaxşı müəyyən edilmiş problemin həmişə həlli var”. Əgər qorxunu müəyyən etsək və sonra onu aşmaq üçün həll yolları axtarsaq, sadəcə həllə diqqət yetirmək qorxu və maneədən keçmək üçün bizə lazım olan resursları cəlb edəcəkdir.
  • Dəyişiklikdə Rahatlıq axtarmaq
Böyümə Zonasına keçməyin gözəlliyi ondan ibarətdir ki, biz qorxudan keçmək və maneələrin həlli yollarını axtarmağa hazırlaşdıqca, komfort zonamız əslində genişlənir. Biz böyümə, dəyişiklik və nəticədə çevrilmə ilə getdikcə daha rahat oluruq. Dəyişiklikdə rahat olduğumuz zaman, potensialımıza çatmaqda bizə heç nə mane olmur və arzuladığımız həyatı yarada bilirik.

Bütün böyümə sizin rahatlıq zonanızın sonunda başlayır.

Tony Robbins