
ABŞ-da qiymətlər keçən il 7% artıb - bu, təxminən dörd onillikdə ən böyük illik artımdır. İndi ABŞ istehlakçıları ,hansı ki onların xərcləmələri dünyanın ən böyük iqtisadiyyatına güc verir, kifayət qədər gücə sahib olduqlarını bildirməyə başlayırlar.
Sevan Tavoukdjian deyir: "İndi görürəm ki, mən daim müəyyən əşyaların qiymətini izləyirəm. Bu müddət ərzində hansı əşyaları almaq qərarım da dəyişir." 34 yaşlı aktyor keçən ay Nyu Yorkdakı şəxsi mənzilinə köçüb və onu təchiz etməyin nə qədər baha başa gəldiyini görəndə, qoyulan qiymətlərdən şoka düşüb. Beləliklə, o, mebel almaq planlarını ləğv etib və əvəzində "Heç bir şey almayın" Facebook qrupuna mesaj göndərib. Qeyd edək ki, bu qrupda insanlar pulsuz olaraq lazımsız əşyalar təklif edirlər.
Pensilvaniya Universitetinin Uorton Məktəbində Penn Wharton Büdcə Modelinin tədqiqatçılarına görə, orta Amerika ailəsi inflyasiya səbəbindən eyni mal və xidmətlər üçün keçən il 2020-ci ilə nisbətən təxminən 3,500 dollar (2,600 funt sterlinq) daha çox xərcləməli oldu.
Mənzil xərcləri 4,2%, ərzaq qiymətləri 6,3%, geyim qiymətləri isə 5,8% artıb. Yaşayış və yemək mebeli 17%-dən çox artaraq ən böyük sıçrayışlardan birini görüb. Lakin maaşlar artımlara uyğun gəlmir, insanları alış-verişdən imtina etməyə, daha ucuz alternativləri əvəz etməyə məcbur qalırlar.
Vəziyyət "Heç bir şey almayın" layihəsi kimi məhəllə mübadiləsində aktivliyin artmasına səbəb oldu, cənab Tavoukdjian pandemiyanın başlanğıcından bəri qrupu böyütməyə davam edərək mənzilinə nə isə almaq istədikdə bura müraciət etməyə davam etdi.
Qrupa üzvlük son iki ildə iki dəfədən çox artaraq qlobal miqyasda 5,3 milyonu ötüb. Bu yaxınlarda tələbin öhdəsindən gəlmək üçün bir proqram da əlavə etildi. Təsisçi Deron Beal deyir ki, iştirakçıların adətən hər gün təxminən 20.000 məhsul təqdim etdiyi oxşar sayt olan Freecycle-da, hər gün yazılanların sayı son aylarda maliyyə narahatlıqları səbəbindən təxminən 15% artıb. O deyir ki , insanlar mağazaya gedirlər və yüksək qiymətlər görürlər. Nəticədə bir az da qənaət etməyə çalışırlar və bu zaman Freecycle yaxşı alternativ kimi diqqətlərini çəkir.
20 ildən çox təcrübəyə malik, Gürcüstanda fəaliyyət göstərən maliyyə planlayıcısı Tania Braun deyir ki, hətta təzyiqlərdən təcrid oluna bilən yüksək gəlirli ailələr də adi xərclərini yenidən nəzərdən keçirirlər.