
Bir çoxumuz insanları incitməmək üçün onların düzəldilməli olan cəhətləri haqqında danışmamağı seçirik.
Ancaq insan beyninin işləməsini və davranış elmi üsullarını təqib edərək, qarşınızdakı insana bildirmədən belə vəziyyətləri nəzarətdə saxlaya bilərsiniz.
Bu üsullar arasında ən funksional və tətbiqi ən asanı Hamburger Metodudur. Bəs "Hamburger Metodu" nədir?
Bu üsulu qısaca izah etsək: Qarşı tərəfə geribildirim verərkən ilk növbədə müsbət sözlərlə başlamaq, demək istədiyiniz mənfi şeyləri ortalığa qoymaq və gələcəyə dair müsbət və ümidverici sözlərlə bitirməkdir. Bu şəkildə qarşı tərəfin ruhunu incitmədən konstruktiv tənqid edə bilərsiniz. Metodun mahiyyəti ondan ibarətdir ki, əgər tənqid edəcəksinizsə, əvvəlcə müsbət rəylə başlayıb, sonra tənqid mövzusunu qeyd edib müsbət bəyanatla yekunlaşdırmağa əsaslanır. Hamburgerin ən ləzzətli hissəsi orta hissəsidir, ona görə də tənqidləri söhbətin ortasına saxlayırıq.
Metod sadə olduğu qədər də məntiqlidir. Söhbətə müsbət başladığınız üçün qarşınızdakı insan sizi dinləməyə başlayır. Və o, mütləq dediklərinizə mənfi münasibət bəsləmir. Müsbət hesabatdan sonra mənfi hesabat verməlisiniz. Ancaq burada bir vacib məqamı qeyd etmək lazımdır. Heç vaxt müsbət bir ifadədən sonra AMMA, LAKİN, FƏQƏT kimi sözləri istifadə etmirik. Çünki bu mənfi sözləri işlətsəniz, ilk əvvəl işlətdiyiniz müsbət cümlələrin təsiri yox olur. Ona görə də ilk müsbət ifadədən sonra müsbət istiqamətdə davam etməyimizi təmin etməli VƏ, BUNA GÖRƏ kimi sözlərdən istifadə etməliyik. Mənfi tənqidimizi etdikdən sonra yenə müsbət açıqlama verməklə məsələni bağlamaq lazımdır.
Gəlin birlikdə bir nümunə göstərək. Tutaq ki, sizin 6-8 yaşlı uşağınız var və uşağınız otağını yığışdırmır və həmişə dağınıqdır? Onunla necə danışa bilərik?
-Səninlə əla vaxt keçiririk. Bunlar həyatımın ən gözəl günləridir və mən çox xoşbəxtəm. Niyə birlikdə daha çox vaxt keçirmirik? Otağını səliqəyə sala bilsən, bizim daha çox boş vaxtımız olar və hamımız boş vaxtlarda daha çox birgə oyunlar oynaya bilərik.
Belə müraciət etsəniz daha effektiv ola bilərsiniz.