Günümüzdə Google-da sənədlərin, faylların və qovluqların paylaşılması da daxil olmaqla, onlayn etmək üçün lazım olan hər şey üçün bir proqram var.
Siz şəkillər, audio və video daxil olmaqla əksər növ faylları Google Diskə, Google-un fayl hostinq xidmətinə yükləyə bilərsiniz.
Google Disk qovluğunun paylaşılması layihələrdə dostlar, həmkarlar və ya iş yoldaşları ilə əməkdaşlıq etməyi və hamısı bir yerdə təşkil olunmuş müvafiq fayllar toplusunu göndərməyi asanlaşdırır.
Google Diskdə qovluğu necə paylaşmaq olar?
1. https://drive.google.com saytına keçid edin və hesabınıza daxil olun.
2. Əsas səhifədə siz hazırda Google Disk hesabınızda saxlanılan bütün fayl və qovluqları görəcəksiniz. (Əgər paylaşmağa hazır Google Disk qovluğunuz varsa, 7-ci addıma keçə bilərsiniz).
3. Yeni qovluq yaratmaq üçün ekranınızın yuxarı sol küncündə, Google Disk loqosunun altındakı "Yeni" (New) düyməsini klikləyin.
4. Yeni açılan menyuda siyahının yuxarısındakı "Qovluq" (Folder) düyməsini klikləyin. Əgər kompüterinizdə artıq tam şəkildə yükləmək istədiyiniz qovluq varsa, bu menyuda "Qovluq yükləmə" (Folder upload) seçimini etməlisiniz.
5. Açılan pəncərədə qovluğunuz üçün ad daxil edin və "Yarat" (Create) düyməsini basın. Daha sonra yeni yaradılmış qovluğun "Diskim"də (My Drive) göründüyünü görəcəksiniz — onu açmaq üçün klikləyin.
6. Buradan faylları kompüterinizdən pəncərəyə sürükləyib ataraq, ekranın üzərinə sağ klikləyib "Faylları yüklə" (Upload files) və ya "Yeni" (New) düyməsini sıxıb "Fayl yüklə" (File upload) seçimini etməklə faylları qovluğunuza yükləyə bilərsiniz.
7. Paylaşmaq istədiyiniz qovluğu açın. Sonra, ekranın yuxarı hissəsində, qovluğunuzdakı faylların siyahısının yuxarısındakı qovluq başlığına klikləyin. Açılan menyuda "Paylaş" (Share) düyməsini klikləyin.
8. Pop-up pəncərəsində "İnsanlar və qruplarla paylaş" (Share with people and groups) altında qovluğu göndərmək istədiyiniz hər kəsin e-poçt ünvanlarını daxil edə bilərsiniz.
Redaktə icazələrini seçdiyinizə əmin olun. "Redaktor" (Editor) açılan menyusuna klikləyin və "Baxıcı" (Wiever), "Şərhçi" (Commenter) və ya "Redaktor"u (Editor) seçin. Hər bir şəxsin fərdi şəkildə xəbərdar edilməsini istəyirsinizsə, "İnsanlara bildiriş"in (Notify people) yanındakı onay qutusuna klikləyin, istəyirsinizsə, mesaj yazın və "Göndər" (Send) düyməsini basın.
Qovluğu e-poçt vasitəsilə paylaşmaq istəmirsinizsə, URL linkini kopyalayıb yapışdıra bilərsiniz. "İnsanlar və qruplarla paylaşın" (Share with people and groups) altındakı qutuda "Linki əldə et" (Get link) üzərinə klikləyin. Qutu keçid və redaktə icazələrini göstərmək üçün genişlənəcək. Əsas olaraq giriş icazəsi verdiyinizə əmin olun.
İcazələrinizi dəyişdikdən sonra onu mübadilə buferinizə köçürmək üçün "Linki kopyala" (Copy link) klikləyin. Sonra qovluğu paylaşmaq üçün linki mətnə, e-poçta, mesajlaşma proqramına və ya digər platformaya yapışdırın.