Facebook-un CEO-su Mark Zukerberq Apple-ın iMessage proqramına etiraz edərək, iPhone və Android cihazları arasında qarşılıqlı əlaqənin olmamasını tənqid edib.

Keçdiyimiz günlərdə, o, Facebook-dan Android mesajlarının yaşıl, iPhone mətnlərinin isə mavi görünməsinə səbəb olan iMessage məhdudiyyətləri haqqında zarafat edən post paylaşıb.

Zukerberq deyir:
-WhatsApp iMessage-dan daha məxfi və təhlükəsizdir. Həm iPhone, həm də Android-də işləyən ucdan-uca şifrələmə, o cümlədən qrup söhbətləri də bura daxildir.

Nyu-Yorkda WhatsApp reklam lövhəsi kampaniyasının fotoşəkili ilə yanaşı, Zukerberq əlavə edir ki, platformada "başdan-başa şifrələnmiş ehtiyat nüsxələri" keçən ildən etibarən istifadəçilərin ixtiyarındadır. "Bütün bunlar iMessage-da hələ də yoxdur" deyə o bildirir.

Bildiyimiz kimi, Google bu ilin əvvəlində bu mövzuda Apple-ı tənqid etmişdi. Google bildirmişdi ki, Apple iPhone və Android telefonları arasında göndərilən mətnləri SMS və MMS-ə çevirir ki, bu da cihazdan cihaza yalnız mətn mesajlarının göndərilməsinin köhnə üsullarıdır. Google, Apple-ın əvəzinə RCS sistemindən istifadə etməsini istəyir. Apple CEO-su Tim Kuk isə iMessage-ı Android telefonları ilə daha da uyğunlaşdırmağa cəhd göstərirdi.

Zukerberqin iMessage-ı tənqid etmək üçün başqa səbəbi də var. Keçən il korporativ adını Meta olaraq dəyişdirən Facebook, bu yaxınlarda WhatsApp üçün böyük bir marketinq kampaniyası həyata keçirərək platformanın təhlükəsizlik aspektlərini və məxfilik xüsusiyyətlərini gücləndirdi.

Zukerberq daha əvvəl Apple-ı rəqib kimi göstərmişdi. Lakin Kuk keçən il Facebook haqqında eyni cür düşünmədiyini söyləmişdi: "Əgər ən böyük rəqiblərimizin kim olduğunu soruşsanız, onlar siyahıya alınmazdı. Biz sosial şəbəkə biznesində deyilik."

İki rəhbər arasında münaqişə 2014-cü ildə Kukun Facebook-un biznes modelini açıq şəkildə tənqid etdiyi vaxta gedib çıxır. Müsahibə əsnasında Kuk Facebook-u nəzərdə tutaraq “şəxsi məlumat toplayaraq” pul qazanan şirkətləri tənqid etmişdi.