Son 50 ildə avtomobil sənayesində böyük dəyişikliklər baş verib və onları dəstəkləyən infrastrukturda da yeni texnologiyalar tətbiq olunur. Yeni magistral texnologiyalar qlobal istiləşmə və gündən-günə çirklənmə kimi böyük problemlər üçün həll yollarına malikdir. Yol tikintisini kökündən dəyişdirən bir çox texnologiyalar artıq sınaqdan keçirilmişdir. Onların bəziləri uğurlu, bəziləri isə uğursuz olmuşdur. Bu məqalədə isə əsas 3 texnologiyaya yer verilmişdir. “Smart” Yollar Yol kənarındakı “dinləmə stansiyaları” yol hərəkəti qaydalarını və qəzaları izləmək üçün avtomobillərdəki GPS qəbulediciləri ilə birləşdirilir. Daha sonra tıxaclı ərazilərdən və qəzalardan “qaçmaq” üçün məlumat avtomobillərə ötürülür. Beləliklə daha rahat və sürətli hərəkət təmin olunur. Elektrikləşdirilmiş Yollar Elektrikli avtomobillərin inkişafı havanın çirklənməsi başda olmaqla bir çox problemin həllidir. Lakin onların mənfi cəhəti avtomobillərin enerji yığması üçün lazım olan vaxtdır. Tesla Model S kimi elektrik avtomobillərin enerji yığması 25 saata qədər çəkə bilər. Bunun həlli üçün elektrikli avtomobil sürücülərinə yolda enerji yığmağa imkan verən elektrikləşdirilmiş yollar üzərində araşdırmalar aparılır. İşıqlı Yollar Avtomobil sənayesində texnologiyanın nəhəng irəliləyişləri ilə yol nişanlarının artıq müasir avtomobillərdə oynadığı rolu qeyd etmək vacibdir. Avtopilot funksiyaları olan bir çox avtomobil yolda düzgün hərəkət üçün bu işarələrdən istifadə edir. Pis hava şəraitində və ya az işıqda həm avtomobil, həm də sürücü üçün işarələri görmək çətin olur, lakin bu problemə tezliklə son qoyula bilər. Hollandiyada yolun kiçik bir hissəsində küçə lampaları sürücüləri istiqamətləndirən flüoresan zolaqlar ilə əvəz olunub. Gün ərzində bu flüoresan zolaqlar günəş işığını udur və gecə bu işıq yenidən saçılır. Bu fikir Daan Roosegaarde adlı dizaynerə məxsusdur.