Texnologiya ilə daha yaxşı tanış olan işçilər rəqabət üstünlüyü tapa bilərlər. Bill Gates və ən yaxşı universitetlərin professorları razılaşırlar ki, "Gələcək ChatGPT kimi süni intellektə yiyələnənlərə məxsusdur". Bəzi məktəblər ChatGPT-ni qadağan etsə də, müəllimlər şagirdləri AI istifadə etməyə təşviq edirlər. 

90-cı və 2000-ci illərdə veb-brauzerdən, e-poçtdan necə istifadə edəcəyini bilmək standart ofis bacarıqlarına çevrildiyi kimi, bir çox insan ChatGPT-dən ən yaxşı nəticələrin necə əldə ediləcəyini bilmək istəyirlər. Məsləhətçi Neil Sahota bildirib ki, "Dəyişiklik bu gün daha sürətlə baş verir ki, hər kəs ChatGPT-ni öyrənməyə çalışır. Çünki bu, rəqabət üstünlüyünüz olacaq və ondan istifadə etməmək sizin zərərinizədir". 

ChatGPT virallaşdıqda, məktəblər tələbələrin cavabları köçürmək və onların adından yazılar yazmaq üçün tətbiqdən istifadə edəcəyi qorxusuna görə onu qadağan etməyə başladı. ChatGPT müəyyən imtahanları öz başına keçə bildikdən sonra bu narahatlıq bir qədər təsdiqləndi. Lakin təhsil sektorunda bəzi insanlar AI ilə tanışlığın gələcəkdə vacib bir bacarıq olacağına inanaraq ChatGPT-nin dəyərini bilirlər. Kolumbiya Biznes Məktəbinin professoru Dan Vanq bildirib ki, "Mən bütün tələbələrimi ev tapşırığını yerinə yetirmək üçün ChatGPT-dən istifadə etməyə təşviq edirəm. Yalnız mənim bir tələbim var: ondan necə istifadə etdiklərini deyəcəklər". Vanq, tələbələrin tətbiqdən istifadə etmələrində artıq "fərq hiss etdiyini" söylədi. Şagirdlər ChatGPT-yə daha mürəkkəb suallar verməyə başladılar. Bu da süni intellektdən işi onlar üçün deyil, fərqli ideyalar yaratmaq və araşdırmaq üçün istifadə etdiklərini göstərir.

Vanq tələbələrdən ChatGPT-ni sınamağı tələb edən yeganə pedaqoq deyil. Wharton School of Business professor Ethan Mollick bildirib ki, bu sinifdə faydalı olub. Hətta ingiliscə bilməyən tələbələrə dərs işlərində kömək edib. ChatGPT yaradıcısı OpenAI-nin baş texnologiya direktoru Mira Murati, tətbiqin təhsili təkmilləşdirə biləcəyinə inandığını və tələbələr üçün öyrənməni fərdiləşdirə biləcəyini söylədi. Lakin, 2000-ci illərdə internet kimi, insanlar öz işlərini görmək üçün süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrənməli olacaqlar.

New York CityLos AngelesChatGPT-ni qadağan edən ən böyük məktəb sistemlərindən ikisi idi. Tətbiqin məktəb kompüterlərində bloklanmasına baxmayaraq, rəsmilər hələ də bəzi diqqətli araşdırmadan sonra süni intellektin tələbələrə təqdim edilməsinə ehtiyac ola biləcəyini başa düşürlər.

Nyu York Şəhər Təhsil Departamentinin mətbuat katibinin müavini Jenna Lyle bildirib ki, "Tətbiqin qadağa edilməsi müvəqqətidir. Biz istəyirik ki, tələbələrimiz ən son texnologiyalarla tanış olsunlar və məktəblərimiz innovasiyaların önündə olsun. Bununla belə, təhsil şəraitimizdə bu texnologiyaları mərhələli şəkildə tətbiq etmək və onlardan istifadə ilə bağlı tələbələrə və pedaqoqlara dəstək olmaq vacibdir".