- Hindistanlı milyarder Gautam Adani altı gün ərzində 52 milyard dollar xalis sərvət itirib.
- Adaninin itkiləri onun şirkətlərinin səhmlərinin kütləvi satışı ilə bağlı olub.
- Adani Group şirkətlərinin səhmləri, fırıldaqçılıq iddialarından sonra bazar dəyərini 100 milyard dollardan çox itirib.
Hindistanlı maqnat Gautam Adaninin sərvəti son həftə yarımda o qədər təzyiqə məruz qalıb ki, onun itkiləri son illərdə itirilən ən böyük sərvətlərdən bəzilərini üstələyib.
Belə ki, imperiyası təzyiq altında olan Adani, Bloomberg Milyarderlər İndeksi-ə görə, cəmi altı gündə 52 milyard dollar itirib. Müqayisə üçün qeyd edək ki, FTX-in keçmiş CEO-su Sam Bankman-Fried Bloomberg-ə görə, kriptovalyuta birjasının iflasından sonra bir həftə ərzində 16 milyard dollarlıq sərvətinin hamısını itirmişdi.
Hal-hazırda Adaninin sərvəti 61,3 milyard dollardır və Bloomberg Milyarderlər İndeksində 21-ci yerdədir. O, Mukeş Ambanidən sonra Hindistanın ikinci ən zəngin adamıdır. Bununla belə, Adani keçən həftə planetin dördüncü ən zəngin adamı idi. Bloomberg-ə görə, Adaninin 2022-ci ilin sentyabrında sərvəti 150 milyard dollar idi.
2013-cü ildə neft və mədən imperiyasının dağılmasından sonra, Braziliyalı milyarder Eike Batista bir il ərzində 35 milyard dollar sərvət itirdi. Bu baxımdan Adaninin hal-hazırki sərvət itkisi daha çox oldu və bu rəqəmi yenilədi.
Bloomberg 2012-ci ildə milyarderləri izləməyə başlayandan bəri Adaninin xalis sərvətindəki kəskin azalma, miqyas və sürət baxımından ən ciddi azalmadır. Adaninin xalis sərvətinin dramatik şəkildə azalması onun sərvətinin böyük hissəsinin bizneslərindəki paylarından əldə olunmasıdır.
ABŞ-ın investisiya araşdırma şirkəti Hindenburg Research keçən çərşənbə axşamı "Adani Qrupu"nda "səhmlərin manipulyasiyası və mühasibat fırıldaqçılığı sxemi" iddiası ilə dəhşətli hesabatını açıqladı. Bundan sonra "Adani Qrupu"na məxsus olan şirkətlər bazar dəyərini 100 milyard dollardan çox itirdi. Həmçinin, "Qrup"un flaqman şirkəti "Adani Enterprises"in səhmləri də təxminən 60% ucuzlaşıb.
Bununla belə, Adaninin sərvətinin böyük hissəsi şirkətlərindəki payları ilə əlaqəli olduğundan, səhm qiymətləri dəyişdikcə onun sərvətində də yüksəlişlər ola bilər.