"Ford", iki il əvvəl avtomobil istehsalçıları arasında qurulan ittifaqın əsas hissəsini açaraq, Avropada gələcək nəsil elektrik avtomobilləri üçün "Volkswagen" texnologiyasından asılılığını azaltmağa hazırlaşır.
ABŞ brendi bu il və 2024-cü ildə VW-nin Almaniyanın Köln şəhərindəki zavodunda, VW-dən alınan akkumulyatorların yığılmasını əhatə edən elektrik “MEB” sistemindən istifadə edən iki avtomobil buraxmaq niyyətindədir.
Belə ki, VW ilə elektrik avtomobilləri üzrə əməkdaşlığının gələcəyi ilə bağlı “son qərarın” verilmədiyini, "Ford"un istər VW, istərsə də “başqa şirkət” tərəfindən digər sistemlərdə gələcək avtomobillər yaratmağa “açıq” olduğu bildirildi.
İki qlobal avtomobil istehsalçısı 2020-ci ildə elektrik avtomobilləri, özünü idarə edən texnologiya və kommersiya avtomobilləri üzərində güclərini birləşdirmək üçün bir ittifaq yaratdılar.
Lakin, VW və "Ford" bu yaxınlarda "Argo AI" biznesinin bağlanmasından sonra sürücüsüz avtomobillər üzərində birgə işi dayandırdılar. Baxmayaraq ki, tərəflər Avropa üçün kommersiya avtomobilləri üzərində hələ də sıx əməkdaşlıq edir.
ABŞ qrupu hələ də VW-nin növbəti çatdırılma furqonunu, həmçinin növbəti pikap avtomobilini və gələcək elektrik furqonunu istehsal edəcək.
"Ford" Avropadakı biznesini yenidən formalaşdırır. Marka həmçinin, bazar getdikcə fərqlənməyən elektrik avtomobilləri ilə doyduğu üçün onların daha fərqli olacağına ümid edir.
2021-ci ildə "Ford", yalnız elektrikli nəqliyyat vasitələrinin satıldığı dövrə doğru irəliləyərkən komandalarına daha diqqətli şəkildə işləmək üçün öz şirkətini üç bölməyə - elektrik avtomobilləri, mühərrik modelləri və kommersiya nəqliyyat vasitələrinə ayırdı. "Ford" 2025-ci ildə elektrikli avtomobil bölməsinin Avropa hissəsində qazanc əldə edəcəyini gözləyir.
Bildirilir ki, tələb gözlənildiyindən daha sürətli elektrik modellərinə keçərsə, qrup, mühərrik satışlarını başa çatdırmaq üçün 2030-cu ilə qədər benzin və ya hibrid modelləri satışdan çıxara bilər.
Bu arada Aİ, planlar çərçivəsində 2035-ci ilə qədər yeni benzin və dizel avtomobil satışlarını mərhələli şəkildə dayandırmağı planlaşdırır. Avropa Komissiyası həmçinin 2025-ci ildən etibarən mühərrik emissiyaları ilə bağlı sərtləşdirilmiş qaydaları nəzərdən keçirir.
"Ford"-un Avropa üzrə baş meneceri Martin Sander, yeni qaydaların onillikdə deyil, 2025-ci ildə tətbiq ediləcəyi təqdirdə "bütün sənaye üçün dramatik" olacağını bildirdi. Bu zaman isə, o, "Ford"un bəzi avtomobillərin istehsalını erkən bitirməsini ehtimal edəcəyini söylədi.