Yəqin ki, hər birimiz sosial mediada sanki bizə özəl olaraq hazırlanmış reklamlarla rastlaşmışıq. Yaş, cins, iş yeri və ya maraq dairənizə uyğunlaşdırılmış bu reklamlar sizi necə tapır? Fərdiləşdirilmiş reklamlar son illərdə marketinq mütəxəssisləri tərəfindən geniş istifadə olunur. Sosial media istifadəçilərinin bir çox məlumatından istifadə edilərək hazırlanan bu reklamlar ümumi reklamlardan daha çox təsirə malikdir. Fərdiləşdirmə üzrə mütəxəssis olan A Million Ads və müxtəlif cür araşdırmalarla məşğul olan Attest-in birgə apardığı sorğuya əsasən, Böyük Britaniya sosial media istifadəçilərinin 61%-i fərdiləşdirilmiş reklamlardan razıdır. Bəs hansı məlumatların istifadə edilməsi istifadəçiləri xoşbəxt edir? Cins, yaş və maraq dairəsi datalarının fərdiləşdirilmiş reklamlarda istifadəsi potensial müştərilərin diqqətini daha çox çəkir. Araşdırmanın bir digər nəticəsi isə onu göstərir ki, istifadəçilərin 77 %-i ümumi hədəflənən reklamları tez-tez görməkdən narahatdır.  A Million Ads şirkətinin CEO-u Steve Dunlop dediklərinə görə, ümumiləşdirilmiş reklamlardan istifadə artıq geridə qalıb. Hal-hazırda fərdi dataların reklam strategiyalarında iri şirkətlər tərəfindən istifadə edilməsi müştəri və şirkət arasındakı bağlılığı arıtmağa kömək edir.