
Bu gün sizə 6 fərdi inkişaf filmi haqqında məlumat verəcəyik. Bu filmlər sizə həm motivasiya verəcək, həm də şəxsi inkişafınıza kömək edəcək.
1- STEVE JOBS – 2015
Texnologiya nəhəngi Apple şirkətinin qurucusu və 20-ci əsrin dahilərindən biri olan Steve Jobsun həyat hekayəsini yeni perspektivlə ekrana anlatan filmin rejissoru Oskar mükafatlı rejissor Danny Boyledir. Steve Jobsun müdrik və iddialı tərəfini izləyəcəyimiz film Jobsun şəxsi həyatına da toxunur. Onun qızı Liza ilə münasibətini nümayiş etdirən film Walter Isaacsonın kitabı əsasında çəkilib.
2- THE FOUNDER – QURUCU – 2016
İki qardaşın innovativ fast food restoranını (McDonald's) şöhrətpərəstlik, inadkarlıq və amansızlığın birləşməsi ilə dünyanın ən böyük restoran bizneslərindən birinə çevirən satıcı Ray Kroc’un hekayəsidir. Linda Cardellini, Patrick Wilson kimi aktyorların rol aldığı filmin rejissor kürsüsündə John Lee Hancock oturur. Filmin baş qəhrəmanını məşhur aktyor Michael Keaton canlandırır.
3- SOCIAL NETWORK – SOSYAL ŞƏBƏKƏ 2010
Sosial şəbəkə olan Facebook-un qurucusu Mark Zuckerberg və dostlarının hekayəsindən bəhs edən filmdir.
Harvard tələbəsi Mark Zuckerberg özünün qovulmuş qız dostlarından qisas almaq üçün sosial şəbəkə saytı yaradır. Əvvəlcə yalnız Harvardda istifadə edilən Facebook daha sonra digər universitetlərdə açılır və Ivy Leaguedan Silikon Vadisinə qədər bütün dünyaya yayılmağa başlayır.
4- 3 İDIOT - 3 AXMAQ
Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan tələbələrin həyatından bəhs edən film izlənmə rekordları qırıb. 2009-cu ildə çəkilən film, təhsil sisteminin həmişə yarışa əsaslandığı və hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə sistemi dəyişməyə çalışan tələbə və onun 2 ən yaxşı dostunun macərasına əsaslanır. Baş rolda Ranco obrazının çəkildiyi film dram və komediya janrlarını ən yaxşı şəkildə birləşdirərək, şəxsi inkişaf baxımından bizə düşündürücü bir film təqdim edir.
5- FORREST GUMP
Ən məşhur şəxsi inkişaf filmlərindən biri Forrest Gumpdur. O, həmçinin inanılmaz şəxsiyyətə və həsəd aparacaq canlılığa malik, yüngül əqli qüsurlu Forrest Gump (Tom Hanks) hekayəsindən bəhs edir.
Film Vyetnam müharibəsi də daxil olmaqla, Birləşmiş Ştatların tarixində mühüm bir dövrdə baş qəhrəmanın həyat hekayəsindən bəhs edir. Bu personajı bəzi məşhur tarixi şəxsiyyətlərlə gülməli və maraqlı şəkildə birləşdirir.
6- GOOD WILL HUNTING – CAN DOSTUM
Bu film şəxsi inkişafın gözəl nümunəsidir. Bu, riyaziyyat və fizika sahəsində həqiqətən istedadlı olan gənc üsyankar və problem yaradan Will Hunting’in (Matt Damon) hekayəsindən bəhs edir. Müəlliminin onu daha yaxşı həyata can atmağa sövq etmək cəhdlərinə baxmayaraq, ən böyük maneə yenə Will’in özü idi. Amma sonda nə oldu?