
Fenomenologiya fransızca "phénomène" sözündən götürülüb, hiss ilə qavranılan konkret hadisə və ya obyekt deməkdir.
Fenomenologiya ilk dəfə 20-ci əsrin əvvəllərində Edmund Husserl tərəfindən fəlsəfi cərəyan kimi müzakirə edilmişdir. Fenomenologiya fiziki aləmi mənalandırmaqla məşğul olur. Fenomenologiyaya görə cisimlərin mütləq mənası yoxdur. Həyatda konkret cisimlərin mənaları insandan insana, həmin insanın təcrübə və baxışlarına, şüurunun qavranılmasının hüdudlarına görə fərqlənir.
Fenomenologiya xarici aləmin, yəni fiziki dünyanın nisbi olduğunu müdafiə edir. Məsələn, bir saç feni düşünün. Dünyanın bir çox yerində texnologiya ilə heç vaxt tanış olmayan və istifadə etməmiş cəmiyyətlər var. Gəlin bu saç fenini heç vaxt texnologiya ilə tanış olmayan bir cəmiyyətə göstərək və onlardan bu barədə danışmağı xahiş edək. Onların gördükləri yəqin ki, bizim gördüklərimizlə eyni olmayacaq.
Edmund Husserl yuxarıda qeyd etdiyimiz kimi fenomenologiya fəlsəfəsini ilk dəfə müzakirə etsə də, biz fenomenologiyaya fəlsəfəşünaslıqda çox əvvəl rast gəlirik. Böyük alman filosofu Hegeli ilk dəfə özünün “Ruhun fenomenologiyası” kitabı ilə fenomenologiyaya daxil edən, şüurun azad edilməsi üçün şüur prosesləri ilə məşğul olan mütəfəkkir hesab etmək olar.
Fenomenoloji yanaşmaya görə, reallıq özlüyündə müəyyən edilə bilən subyekt deyil. Gerçəkliyin dəqiq və hamı tərəfindən qəbul edilmiş mənası ola bilməz, çünki reallığı ancaq onunla məşğul olan şüur tanıya bilər. Gerçəkliyə yönəlmiş hər fərqli şüurun gördüyü reallıq fərqli olacaq. Buna görə də fenomenoloji yanaşma reallığı axtararkən öyrəndiyimiz təriflərdən qurtulmağa və vəziyyəti və ya obyekti onu yaşayanların gözü ilə görməyə çalışmaqdır. Fenomenologiyanı “Kimə görə, nəyə görə” sualı vasitəsilə müəyyən etmək olar.
Fenomenologiya iddia edir ki, fiziki dünya mütləq və dəyişməz reallıqla müəyyən edilə bilməz. Fenomenologiya diqqəti "mən"ə yönəldir. Fenomenoloji metod bizə xarici aləmin və hadisələrin mahiyyətini görməyə kömək edir. Fenomenologiyaya görə, şüurumuzu və təcrübəmizi dayandırsaq, şüurun və reallığın mahiyyətini görə bilərik.